!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya belə MƏHV OLACAQ: Alimlərdən QORXUNC PROQNOZ - FOTOLAR

!Reklam – Yazi

Dünyanın sonu necə və nə vaxt olacaq? Biz kainatda təkik, yoxsa yaşamaq üçün başqa planetlər var? İnsanlar həyatları boyunca ən azı bir dəfə də olsun bu suallar haqqında düşünür.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, astronomlar Yer planetinin sonunun necə olacağına dair ipucları tapıb.

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ilk dəfə olaraq Yerdən təxminən 12 min işıq ili uzaqlıqda yerləşən Aquila bürcü yaxınlığında bir ulduzun planeti udduğunu müşahidə edib.

Tədqiqatçıların hesablamalarına görə, ulduz Günəşin kütləsindən 0,8-1,5 dəfə, onun udduğu planet isə Günəş sisteminin ən böyük planeti olan Yupiterin kütləsindən 1-10 dəfə böyükdür. Onlar hesab edirlər ki, bu müşahidələr Yerin sonuna işarədir. Çünki Günəşin təxminən 5 milyard ildən sonra nəhəng qırmızı fazaya girəcəyi gözlənilir.

Bundan sonra Günəşin genişlənməyə başlayacağı və Yeri udacağı ehtimal edilir. Həmçinin Merkuri, Venera və Marsın da bu prosesdə Yerlə eyni aqibəti yaşayacağı proqnozlaşdırılır.

Sadiq Cavadov

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv