!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

!Reklam – Yazi

Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazıkina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv