!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya çempionatı: Üç güləşçimiz qızıl medal görüşünə çıxacaq, üçü mübarizəyə başlayacaq

!Reklam – Yazi

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

60 kq-da Nihat Məmmədli 1/16 finalda kubalı Kevin De Armas la üz-üzə gələcək. 72 kq çəki dərəcəsində yarışan Ülvü Qənizadə 1/8 finalda Dünya Güləş Birliyinin bayrağı altında yarışan Ankit Gulia – Hovard Yorqensen (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 97 kq-da isə Arif Niftullayev xalça üzərinə çıxacaq. O, 116 finalda litvalı Mindauqas Venkaytislə üz-üzə gələcək.
Bu gün, həmçinin, üç yunan-Roma güləşçimiz qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) iranlı Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında iki medal əldə edib. Sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medala sahib olublar. Maqomedov, həmçinin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Eyni zamanda, Səban Süleymanov finala yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv