Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Dünya çempionatlarının ən “qoca” oyunçusu ünvanı dəyişdi

Reklam: High Technic

Futbol üzrə dünya çempionatlarında yeni rekord qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Rusiyada təşkil olunmuş DÇ-2018-in qrup mərhələsi çərçivəsində bu gün keçirilmiş Səudiyyə Ərəbistanı – Misir matçında meydana çıxan Essam Əl Hadari mundiallarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Misirli qapıçı bu DÇ-dəki əvvəlki oyunlarda ehtiyatda qalsa da, baş məşqçi Hektor Kuper ona bu dəfə start heyətdə şans verib. Nəticədə Əl Hadari 45 yaş, 161 günündə DÇ oyununa çıxıb.

Əl Hadaridən öncəki rekord da məhz qapıçı olan Fərid Mondraqona məxsus idi. Kolumbiyalı qolkiper 43 yaş, 3 günlüyündə olarkən mundial matçında meydana çıxmışdı. Bu, 2014-cü ildə Yaponiyaya qarşı keçirilən DÇ matçında qeydə alınmışdı.

Əl Hadari bu oyunda həm də rəqib futbolçunun penalti zərbəsini dəf etməklə tarixə düşüb. O, ən yaşlı penalti dəf edən qapıçıya çevrilib.

Loading...

www.yenicag.az

1207
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100