!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya daha bir virusla üz-üzə – Alimlərdən xəbərdarlıq

!Reklam – Yazi

“Zika” virusunun yenidən baş qaldırmaq ehtimalı var.

Yenicag.az xəbər verir ki, bu barədə alimlərin apardığı araşdırmaların nəticələrinə əsasən BBC-nin yayımladığı məlumatda bildirilib.

“Zika” virusu 2016-ci ildə yayılması ilə ciddi fövqəladə vəziyyət yaratmışdı. Hamiləlik dövründə virusa yoluxan qadınlar minlərlə beyin zədəsinə məruz qalmış uşaq dünyaya gətirmişdi.

Amerikalı alimlər dünyanın yeni mutasiya ilə bağlı göz-qulaqda olmasını məsləhət bilib.

“Cell Rports” jurnalında dərc edilmiş laborarotiya araşdırması göstərir ki, virus asanlıqla dəyişə və yeni variantlar yarada bilər.

Araşdırmalar göstərir ki, yeni variantlar hətta immunitetin yarandığı ölkələrdə belə virusun sürətlə yayılmasına səbəb ola bilər.

Ekspertlər bildirir ki, yeni tapıntılar nəzəri də olsa maraqlıdır və bizə koviddən başqa da təhlükəli ola biləcək virusların olduğunu xatırladır.

“Zika” virusa yoluxmuş ağcaqanadlar vasitəsilə yayılır. Onlar əsasən Amerika qitəsi və Asiya boyu mövcuddur.

“Zika” virusu özü yüngül və tez keçən xəstəlik yaratsa da, onun ana bətnindəki uşaqlar üçün dəhşətli təsiri var.

Hamilə qadın bu virusa yoluxanda yeni doğulan körpə beyin şişi və beyin zədəsi ilə doğulur.

Əsas araşdırması professor Sujan Şresta deyir ki, bizim müəyyən etdiyimiz “Zika” variantı o yerə qədər dəyişilib ki, denqe variantından qoruyan çarpaz qoruyucu immunitet siçanlarda bu qorunmanı artıq təmin edə bilmir.

“Təəssüfki, əgər bu variant yayğınlaşsa, biz eyni şeylə real həyatda da üzləşə bilərik”, – o bildirib.

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv