!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya dəhşətli müharibənin ASTANASINDA: "Bu, aktiv fazaya keçid olar..."

!Reklam – Yazi

“Rusiya bu addımı atıbsa, sonuna qədər getməyi düşünüb. Rusiya siyasi hədəflərinə çatana qədər bu güc vasitəsindən istifadə edəcək”.

Bunu Rusiyanın Ukrayna üzərinə hücumu, Qərbin quru bəyanatları və proseslərin hara qədər gedə biləcəyini şərh edərkən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, Ukraynada baş verən proseslərin səbəbkarı Qərb və NATO-dur:

“Qərbin məqsəd və anbisiyalarına görə Ukrayna qurban verildi. Rusiya dəfələrlə bütün platformalarda bu məsələyə münasibətini bildirmişdi. Rəsmi Moskva hətta güc variantına əl ata biləcəyini də gizlətmirdi. Bu da Rusiyanın öz təhlükəsizliyi ilə bağlı məsələdir. Rusiya dəfələrlə bildirdi ki, NATO-nun genişləndirilməsi, Ukraynanın silahlandırılması onun qırmızı xəttinə çatıb. Müdrik rəhbər hər bir xalqın xilaskarına çevrilə bilər. Əks halda faciə yaşada bilər. Ukrayna Azərbaycana dost ölkədir, dost xalqdır. Hətta biz istəməzdik ki, bu formada vəziyyət yaransın. Ukraynanı Azərbaycanla müqayisə də etmək olar. Torplaqlarımız işğal edilmişdi. Separatçılar baş qaldırırdı. Ancaq Azərbaycanın apardığı siyasət və risklər nəticəsində öz torpaqlarını işağldan azad edə bildi. Bu gün də regionda ən çox təsir gücünə malik olan Rusiya ilə müttəfiqlik sazişi bağladıq. Burada Azərbaycan-Rusiya-Türkiyədən ibarət bir üçbucaq yarandı. Bu üçbucağı regionda stabilliyə qarant kimi də qəbul etmək olar. Düşünürəm ki, Azərbaycan dövlət rəhbəri bu məsələlərə düzgün yanaşıb və geosiyasi vəziyyəti düzgün qiymətləndirərək məhz əsas məqsədimiz olan torpaqları işğaldan azad etməyə nail oldu. Rusiyanın da mövqeyi Azərbaycana yardımçı oldu.

Ukrayna məsələsində isə Rusiyanı qıcıqlandıran amillər çox idi. Artıq Donestk və Luqanskın müstəqilliyini tanıdı və hərbi əməliyyatlara başladı”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya bütün istiqamətlər üzrə Ukraynaya hərbi müdaxilə edəcək:

“Bu əməliyyatların adı “sülhə məcbur etmək” də ola bilər. Bu başlanğıcda Ukrayna ola biləcək riskləri düzgün qiymətləndirə bilsə, hansısa qüvvələrin əlində alət olmasa, Rusiya müdaxiləni dayandıracaq. Rusiya əvvəldən də deyir ki, işğal düşüncələri yoxdur, sadəcə öz təhlükəsizliklərini qorumaq üçün bu addımı atır. Fikrimcə, dərhal hərbi əməliyyatlar dayandırılmalıdır. Rusiya ilə danışıqlara gedilməlidir. Danışıqlarda müharibənin dayandırılmasına nail olmalıdırlar. Nə olur-olsun sülh haqqında düşünmək lazımdır. NATO və Qərbin gəlib Ukrayna tərəfdən döyüşməsi çox qəliz məsələdir. Bu, artıq üçüncü dünya müharibəsinin aktiv fazaya keçidi olardı. Bütün tərəflər vəziyyəti anlayıb, atəşkəsə getməlidir. Əks halda Rusiya dayanmayacaq. Öz məqsədinə nail olana kimi Ukrayna ərazisində irəliləməsi istisna olunmur. Döyüşlər başlayan kimi Rusiya Ukraynanın dərinliklərində hərbi obyektləri vurmağa başladı. Bunu rəsmi olaraq da bildirirlər. Əgər bu gün hansısa bir qərar verilməsə, ola bilsin sabah faciəvi vəziyyət daha genişlənəcək”.

Səxavət Məmməd

www.yenicag.az

2610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv