!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya əhalisinin sayı TƏNZİMLƏNƏCƏK: Necə? - ARAŞDIRMA

!Reklam – Yazi

Yeni araşdırmaya görə, dünya əhalisinin artımı gələcək üçün “əhali tənzimlənməsi” riskini özündə ehtiva edir. Bu nə deməkdir?

Yenicag.az dünya əhalisinin artımının gələcək üçün riskləri ilə bağlı araşdırmanı oxuculara təqdim edir.

1800-cü ildə bir milyarda yaxın insan Yer kürəsini öz evinə çevirdi. Bu gün isə planetdə təxminən 8 milyard insan yaşayır.

BİZ İNSAN OLARAQ EKOLOJİ BALANSI POZDUQ

Araşdırmaya görə, əhali sayında durmadan artım əsrin sonuna qədər “əhali tənzimlənməsi” riskini daşıyır.

Bu proqnoz British Columbia Universitetində çalışan Uilyam Risin yeni araşdırmasında ortaya çıxıb. Yer kürəsinin qaynaqlarını sürətlə istehlak etdiyimizi deyən Ris, gələcəkdə dünya üzərində yaranan problemlərdə çətinliklərlə qarşılaşacağımızı bildirib:

“Homosapiens eksponent şəkildə çoxalmaq, coğrafi olaraq yayılmaq və bütün mövcud resursları istehlak etmək üçün təkamül etdi. Planetdəki hökmranlığımız bizə hələ də təbii seçmə ilə idarə olunduğumuzu unutdurdu. Əhalinin sayının artması istehlak və ətraf mühitin çirklənməsinə təkan verir. Dəyişən iqlim bunun bariz nümunəsidir. Bu isə gələcəkdə proqnozlaşdırılan problemlərin yalnız kiçik bir hissəsidir.

Qarşılaşacağımız təhlükədən xəbərdar olmalıyıq. Planetlə alış-veriş münasibətlərimizi daha yaxşı tarazlaşdırmağın yollarını tapmağa çalışmalıyıq. Problemlərin öhdəsindən gəlmək üçün uyğun həll yolunu tapsaq, yaxşı ssenarilərdə milyonlarla insanın əzab çəkməsinin qarşısını ala bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv