!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya elminə töhfə verən TAPINTI: “Yaşının 8 min ildən çox olduğu təxmin edilir”

!Reklam – Yazi

Dünyanın ən qədim və memarlıq möcüzəsi adlandırılan kanallarından biri Türkiyədə tapılıb. Tapıntının yaşının 8 min ildən çox olduğu təxmin edilir.

Yenicag.az xəbər verir ki, Qərbi Türkiyədə, Yeşilova kurqanında aparılan qazıntılar zamanı 8200 il əvvələ aid edilən, tarixin ən qədim su kanallarından biri tapılıb.

Qazılan kurqan neolit dövrünə aid əhəmiyyətli izləri üzə çıxarıb. Tapıntı Ege dənizi sahillərinə yaxın İzmir bölgəsində ilk məskunlaşanlar, onların mədəniyyəti haqqında zəngin məlumat əldə edilməsində mühüm rol oynayıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ege Universiteti və yerli hakimiyyət orqanlarının birgə layihəsinin nəticələri İzmir bölgəsindəki tarixi yaşayış məskənlərinin 8500, yəni eramızdan əvvəl 6500-cü illərə aid olduğunu deməyə əsas verir.

Kurqanı kəşf edən və 2005-ci ildən qazıntıya rəhbərlik edən Ege Universitetindən dosent Zəfər Derin bildirib ki, İzmirin ilk kənd yaşayış məskəni olan Yeşilova kurqanında şəhərsalma nüanslarının deşifrə edilməsinə diqqət yetirilir:

“Qazıntılar nəticəsində yaşayış məntəqəsinin mərkəzindən keçən eni 6,5 metr olan kanal aşkar edilib. Bu tapıntı memarlıq möcüzəsi sayılır. Kənarları daşla örtülmüş və torpaq bəndi səkkiz minillik ərzində – dörd nəsil ərzində qorunub saxlanılmışdır. Ölçmələrimiz kanalın uzunluğunun 220 metr olduğunu göstərir. Şəhərin memarları suyun mövcudluğundan məharətlə istifadə edərək yaşayış yerlərini ustalıqla formalaşdırıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv