!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dünya ictimaiyyəti ermənilərin məkrli siyasətlərini görməzdən gəlməyə davam edir" - Partiya sədri

!Reklam – Yazi

“31 Mart Soyqırımında azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətindən qaçmamalıdır”.

Bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün hallarda Ermənistan qandonduran cinayət əməllərinə görə cavab verməlidir:

“Bu gün Ermənilərin qardaş Türkiyəni soyqırımında ittiham etməsi də birmənalı olaraq çoxüzlü erməni siyasətinin hiyləgərliyindən xəbər verir. Türklərə qarşı tarix boyu qətliamlar törədən Ermənistanın bu gün dünya ictimaiyyətinin gözündə özünü qətliama məruz qalmış kimi qələmə verə bilməsi və bəzi qüvvələrin ermənilərin bu yalanlarından öz maraqları üçün istifadə etmələri, həqiqətən də, təəssüf doğurur. Dünya ictimaiyyəti, əfsuslar olsun ki, ermənilərin məkrli siyasətlərini görməzdən gəlməyə davam edir.

Dövlət başçısı İlham Əliyev Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir və dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Çünki dünya ictimaiyyəti məkirli erməni siyasətinin fərqinə varmalıdır. Bunun başqa yolu yoxdur. Erməni üçün susmaq onları dəstəkləmək anlamını ifadə edir. Ona görə də birmənalı olaraq məkrli siyasət yürüdən erməni psixologiyasına, erməni əməllərinə etiraz etməliyik”.

Gülşən Şərif

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv