!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya Kuboku: Nicat Abasov 1/8 finala qələbə ilə başladı

!Reklam – Yazi

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Abasov rəqibi qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.

Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.

1/8 finalda ilk partiya Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv