Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünya liderləri İlham Əliyevi təbrik edir - YENİLƏNİR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Siz Vətənə fədakar xidmətiniz sayəsində haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və beynəlxalq aləmin böyük nüfuzunu qazanmısınız. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə uğurlu sosial-iqtisadi inkişaf yolu keçib. Bu gün ölkənin davamlı inkişafına, xalqın rifahının daha da yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirilir.

Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Qazaxıstanda yüksək qiymətləndirirlər. Əminəm ki, münasibətlərimizdə etimada əsaslanan konstruktiv siyasi dialoq bundan sonra da Qazaxıstan-Azərbaycan əməkdaşlığının, ikitərəfli əlaqələrimizin bütün spektri üzrə dərinləşməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm”.

***

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzu etməkdən şərəf duyuram. Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzulayıram. Mən Azərbaycan və Xorvatiya arasında qarşılıqlı maraq doğuran bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlığımızı və görüşlərimizi səbirsizliklə gözləyirəm.

Hesab edirəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında daha yaxşı əməkdaşlığı təşviq etmək, qarşılıqlı investisiya qoyuluşlarına marağı stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm”.

***

Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktunbu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir. Cari ilin aprel ayında keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. M

ən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.

Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm”.

***

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir. Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik. Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim. Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.

***

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizi əmin etmək istəyirəm ki, ölkələrimiz arasındakı səmərəli əlaqələr, fəal siyasi dialoq və xalqlarımızın dostluq münasibətləri gələcəkdə də inkişaf edəcək və dərinləşəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir. Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir. Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm”.

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir. Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq”.

***

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf yolu ilə qətiyyətlə irəliləyir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da xalqlarımızın rifahının yaxşılaşmasına böyük töhfə verəcək. 2019-cu il oktyabrın 14-də Bakıda görüşümüzü səmimiyyətlə xatırlayıram və Sizin Qırğız Respublikasına səfərinizi gözləyirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

***

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubun mətni:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk.

Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

***

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading...

www.yenicag.az

687
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100