!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya ölkələri koronavirusla sağollaşır, Azərbaycan isə... - Biz niyə xilas ola bilmirik? 

!Reklam – Yazi

Danimarkada “COVID-19” kritik xəstəlik kateqoriyasından çıxarılıb. Baş nazir qeyd edib ki, fevralın 1-dən etibarən koronavirusla bağlı bütün qadağalar ləğv ediləcək. Demək olar ki, son günlər əksər dünya ölkələrində koronavirusla bağlı həyəcan təbili artıq mövcud deyil. Cəmiyyətimizdə isə hələ də koronavirusla bağlı proqnozlar insanlarda stress, ölüm qorxusu yaşadır.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizdə koronavirusla mübarizə fonunda aparılan vaksinasiya prosesi hələ bir müddət də davam edəcək:

“Avropa ölkələrində vaksinasiya prosesi könüllü şəkildə aparılsa da, proses ən az miqdarda Danimarkada aparılırdı. Digər ölkələrin 60 faizdən çoxunda vaksinasiya həyata keçirilib və yerdə qalan 40 faizə qarşı ciddi nəzarət edilib. Bu baxımdan əksər Avropa ölkələrində “COVID-19″ artıq kritik xəstəlik hesab olunmur.

Ölkəmizdə isə virusa yoluxan insanların xeyli hissəsi Sinovac peyvəndini iki dəfə vurduranlardır. Vətəndaşlara üçüncü dəfə vaksin vurulmasının nə dərəcədə effektiv olub-olmayacağı sual altındadır. Əslində gözlənilən effektivin əldə olunması şübhəlidir. Çünki Sinovac vaksini o qədər də təsirli deyil və keyfiyyəti aşağıdır. Ona görə də ölkədə virusa yoluxanların sayı ilə bağlı müzakirələr hələ də davam edir və bu prosesin bir müddət davam edəcəyi gözlənilir”.

Gülşən Şərif

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv