!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dünya qadınlarının 37 faizi hələ də internetdən istifadə etmir" - BMT

!Reklam – Yazi

“Dünyada qadınların 37 faizi hələ də internetdən istifadə etmir. Dünya əhalisinin təxminən yarısını təşkil etsələr də, kişilərlə müqayisədə internetə çıxışı olan qadınların sayı 259 milyon azdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yaydığı müraciətdə deyib.

“Builki Beynəlxalq Qadınlar Gününün mövzusu belədir: “DigitALL: Gender bərabərliyi üçün innovasiya və texnologiya”. Həyatımız güclü texnoloji inteqrasiyadan asılıdır: onlayn kursa qatılmaq, yaxınlarımıza zəng etmək, bank əməliyyatını həyata keçirmək və ya tibbi müayinə üçün görüş təyin etmək rəqəmsal biliklər tələb edir. Hazırda hər şey rəqəmsal proseslərdən keçir. Lakin dünyada qadınların 37 faizi hələ də internetdən istifadə etmir. Dünya əhalisinin təxminən yarısını təşkil etsələr də, kişilərlə müqayisədə internetə çıxışı olan qadınların sayı 259 milyon azdır.

Qadınlar internetdən istifadə edə bilməsə və özlərini orada təhlükəsiz hiss etməsə, onlar rəqəmsal platformalarda çalışmaq üçün lazımi bacarıqları əldə edə bilməyəcəklər. Bu da öz növbəsində qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində karyera qurmaq imkanlarını xeyli azaldır. 2050-ci ilə qədər bütün işlərin 75 faizi STEM sahələri ilə əlaqəli olacaq. Bununla belə, misal üçün, hazırda süni intellekt sahəsində vəzifələrin yalnız 22 faizini qadınlar icra edir” – BMT rəsmisi bildirib.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv