!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya son, Azərbaycan isə DAVAM DEDİ: Xüsusi karantin rejimi nə vaxt bitəcək? – Ekspertdən SƏRT REAKSİYA

!Reklam – Yazi

“Azərbaycanda karantin müddətini uzatmağa heç bir ehtiyac yoxdur”.

Bunu Azərbaycanda xüsusi karantin rejiminin müddətinin iyulun 1-dən oktyabrın 2-dək uzadılması qərarını şərh edərkən tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

O, həkimlərin koronavirus xəstələrinə rast gəlmədiklərini bildirib:

“Əslində Azərbaycanda karantin müddətini uzatmağa heç bir ehtiyac duyulmur. Çünki ölkəmizdə informasiya şəbəkələrində də, Səhiyyə Nazirliyinin informasiya agentliyində də koronavirus xəstələri barədə heç bir məlumat verilmir. Həkimlər də, demək olar ki, artıq koronavirus xəstələrinə rast gəlmir.

Dünyanın hər yerində bu xəstəlik bitib və karantin rejimi ləğv edilib. Əgər dünyada xüsusi karantin rejimi ləğv edilibsə, deməli, Azərbaycanda da bunu saxlamaq düzgün deyil”.

Sadiq Cavadov

www.yenicag.az

1165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv