!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya ulduzundan SƏRT ETİRAZ: “Floridada qəbul edilən bu qərar…”

!Reklam – Yazi

“Mən LGBT icmasının yanında olmağa davam edirəm və bu həftəsonu dəbilqəmdə göy qurşağı bayrağını taxacam”.

Yenicag.az xəbər verir ki, bunu britaniyalı pilot Lyuis Hemilton həftəsonu Cənubi Floridada keçiriləcək “Formula 1” yarışları öncəsi deyib.

O, Floridada homoseksuallara qarşı tətbiq edilən qanunla razılaşmadığını bildirib:

“Homoseksuallara qarşı qəbul edilən qərarları dəstəkləmirəm. LGBT icmasının yanında olmağa davam edirəm və həftəsonu dəbilqəmdə göy qurşağı bayrağını taxacam. Bununla homoseksualları dəstəklədiyimi və onların yanında olduğumu bildirmək istəyirəm. Ümid edirəm ki, çoxları bu qanunlara qarşı mübarizəni davam etdirəcək”.

Qeyd edək ki, turnir cədvəlində dördüncü olan dünyanın ən məşhur “Formula 1” yarışçılarından biri Hemilton uzun müddətdir ki, LGBT hüquqlarını müdafiə edir. O, Florida hökuməti tərəfindən homoseksuallara qarşı qəbul edilmiş qanununa etiraz edir.

Sadiq Cavadov

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv