!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada ən çox yüklənən tətbiqlər - REYTİNQ

!Reklam – Yazi

Sensor Tower adlı şirkət 2019-cu il üzrə mobil tətbiqlər bazarını analiz edərək keçən il ərzində ən çox yüklənmiş tətbiqlərin reytinqlərini tərtib edib.

Tədqiqatın müəllifləri öz tərtibatçılarına ən yüksək gəlirləri gətirmiş tətbiqləri və oyunları təqdim ediblər və son bir neçə il üzrə tətbiqlərin məşhurluq reytinqini tərtib ediblər.

Hesabatda Google Play mağazasına sahib Android smartfonlar və 2019-cu ilin 1 yanvar tarixindən 31 dekabr tarixinə kimi reallaşdırılmış iPhone və iPad modelləri qeydə alınıb.

Analitiklərin hesablamalarına görə 2021-ci ilə kimi mobil tətbiqlər bazarı 6 milyon dollarlıq dövriyyəyə çatacaq. 2019-cu il üzrə göstəricilərə əsasən 115 milyard unikal yüklənmə reallaşdırılıb. Onlardan 31 milyard yüklənmə App Store, 84 milyard yüklənmə isə Google Play-in üzərinə düşür. Son 4 il ərzində bütün dünya üzrə ən çox yüklənən tətbiqlər siyahısına Facebook-un sahib olduğu tətbiqlər daxil olurlar: Facebook, Facebook Messenger, Whatsapp və Instagram. Onların üzərinə ümumilikdə 16 milyard yüklənmə düşür.

Videokontentlərin yaradılması üçün nəzərdə tutulmuş tətbiqlər də nəzərə çarpacaq dərəcədə yüksək göstəricilər sərgiləyiblər. Məsələn Likee və TikTok servisləri 330 milyon yüklənmə sərgiləyiblər. TikTok servisinin 2019-cu il üzrə öz tərtibatçılarına gətirdiyi gəlir isə 117 milyon dollar təşkil edib. Məşhur tətbiqlərin reytinqinin ilk iyirmiliyinə streaming servislərdən yalnız Netflix daxil olub. Lakin Disney+ servisinin istifadəyə verilməsi bu vəziyyəti dəyişə bilər.

www.yenicag.az

851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv