!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada ən qəribə qorxular - SİYAHI

!Reklam – Yazi

İnsanların hansısa vəziyyətə və ya xüsusiyyətə qarşı göstərdiyi “qorxu” reaksiyasına fobiya deyilir. Yüksəklik qorxusu, pişik və ya it qorxusu adi fobiyalardır. Bəzi fobiyalar ilə mübarizə aparmaq daha çətindir.

Yenicag.az dünyanın ən qəribə fobiyalarını təqdim edirik.

Xirofobiya

Xirofobiya insanın öz bədənindən qorxmasıdır.

Aqirofobiya

Bəzi insanlar küçədə piyada keçidlərində böyük qorxu yaşayırlar. Bu fobiyanın adı aqirofobiyadır.

Peladofobiya

Keçəl olmaqdan qorxan adam deməkdir. Kişilər keçəl olmaqdan, qadınlar isə keçəl kişilərlə evlənməkdən qorxurlar.

Eyzotrofobiya

Güzgüyə baxmaq qorxusu kimi tanınan eyzotrofobiyada insanlar çox vaxt güzgüyə baxdıqları zaman mənəvi dünya ilə əlaqə quracaqlarını düşünürlər.

Ritifobiya

Adətən qadınlarda görülən ritifobiya qırışların əmələ gəlməsi qorxusudur. Əslində bir çox qadında görülən, lakin fərqinə varmayan bu fobiya günümüzdə estetikaya meyli artırır.

Deipnofobiya

Danışmaq və insanların sıx olduğu mühitlərdə danışa bilməmək qorxusu olaraq bilinən deipnofobiya adətən ünsiyyəti sevməyən insanlarda müşahidə edilir.

Demonofobiya

Bu fobiyası olan insanlar ətrafda pislik planlaşdıran qeyri-adi varlıqların onlara zərər verəcəyini düşünürlər.

Akribofobiya – oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu

Araxibutirofobiya – qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu

Aulofobiya – fleytadan qorxu

Bibliofobiya – kitabxanalardan qorxu

Verbofobiya – sözlərdən qorxu

Qadiofobiya (ierofobiya) – ziyarətgah və ruhanilərdən qorxu

Hidrozofobiya – tərləməkdən qorxu

Qrafofobiya – əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu

Deypnofobiya – nahar zamanı (əsnasında) danışmaq qorxusu

Dikefobiya – ədalətdən qorxmaq

Dorofobiya – hədiyyə almaq və ya verməkdən qorxmaq

İtifallofobiya – ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq

Kaunterfobiya – hürkmək (və ya diksinməkdən) qorxusu

Kiberofobiya (kiberfobiya) – kompyuter qorxusu

Kxorofobiya (xorofobiya) – rəqslərdən qorxu

Laxanofobiya – tərəvəzdən qorxu

Medomalakufobiya – ereksiya itkisindən qorxu

Metrofobiya – poeziya qorxusu

Mikseofobiya – cinsi münasibətdən, partnyorun bədəninə toxunmaqdan qorxmaq

Nefofobiya – buludlardan qorxmaq

Nomofobiya – mobil telefonsuz, rabitəsiz qalmaq qorxusu

Nomatofobiya – adlar qorxusu

Oneyroqmofobiya – gecə eyakulyasiyasından qorxmaq

Papafobiya – Roma papasından qorxmaq

Papirofobiya – kağız qorxusu

Penterafobiya – qayınana qorxusu

Plutofobiya – varlı olmaq qorxusu

Rektofobiya – stulsuz qalmaq qorxusu

Stazobazofobiya – ayaq üstə qalmaq (durmaq) qorxusu

Teatrofobiya – teatrlardan qorxma

Uranofobiya – Cənnət və ya səmaya baxma qorxusu

Filemafobiya – öpüşmək qorxusu

Filofobiya – vurulmaq (sevmək) qorxusu

Xrematofobiya (xrometofobiya) – pul qorxusu

Evfobiya – yaxşı xəbər eşitmək qorxusu

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv