!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada hər 3,2 saniyədən bir yeni insan bu xəstəliyə TUTULUR

!Reklam – Yazi

Dünyada hər 3,2 saniyədə bir 55 milyondan çox Altsheymer xəstəsinə yeni bir insan əlavə olunur.

Yenicag.az Altsheymer, yəni yaddaş problemi ilə bağlı olan xəstəlik haqqında araşdırmanı oxuculara təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 55 milyondan çox Altsheymer xəstəsi var. Hər il təxminən 10 milyon yeni xəstə qeydiyyata alınır. Bu rəqəmin 2050-ci ildə 139 milyona yüksələcəyi gözlənilir.

Dünyada yaşlı əhalinin sayının artması ilə ciddi şəkildə artan Altsheymer xəstəliyi haqqında maarifləndirmək və mübarizə aparanlara dəstək olmaq məqsədi ilə hər il 21 sentyabr “Dünya Altsheymer Günü” çərçivəsində tədbirlər təşkil edilir.

Beyin hüceyrələrinin zamanla ölməsi nəticəsində yaddaş itkisi, demans və ümumi koqnitiv funksiyaların azalması fonunda inkişaf edən Altsheymer xəstəliyi səbəbindən dünyada hər il minlərlə insan ölür.

İlk dəfə 1906-cı ildə Alman psixiatr və patoloqu Alois Altsheymerin diaqnozunu qoyduğu və 65 yaşdan yuxarı insanlarda beyin toxumalarına ciddi ziyan vurduğu təsbit edilən Altsheymer xəstəliyi “21-ci əsrin kabusu” olaraq görülür.

Altsheymer xəstələrinin 60 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hər 3,2 saniyədə bir yeni Altsheymer xəstəsi qeydiyyata alınır.

Hal-hazırda yaddaş problemini müalicə etmək və ya müəyyən qədər yaxşılaşdırmaq üçün heç bir müalicə mövcud deyil. Hələ ki, müalicə üsulları araşdırılır. Tədqiqatlar insanların müntəzəm məşq etməklə, siqaret və spirtdən uzaq durmaqla, çəkilərinə nəzarət etməklə, sağlam qidalanmaqla, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrini saxlamaqla demans riskini azalda biləcəyini göstərir.

Nəsimi Ələsgərli

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv