Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyada ilk dəfə koronavirus vaksini qeydiyyatdan KEÇDİ - Putinın qızı da..

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyata alındığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı hökumət nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, peyvənd olduqca təsirlidir və sabit immunitet yaradır.

Həmçinin Rusiya lideri qızının da yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunduğunu açıqlayıb.

“Bu peyvənd adenoviral vektorlar əsasında hazırlanıb, lakin məncə, bunun üstünlüyü məhz insanın adenoviral vektorları əsasında hazırlanmasıdır. O, daha dəqiq işləyir, sabit anticisim və hüceyrə immuniteti meydana gətirir. Bunu da çox yaxşı bilirəm, çünki qızlarımdan biri peyvəndi sınaqdan keçirib. Düşünürəm ki, bu mənada o, təcrübədə iştirak edib”, – Rusiya başçısı bildirib.

Onun sözlərinə görə, ilk inyeksiyadan sonra qızının temperaturu 38 dərəcəyə yüksəlib:

“Növbəti gün 37 dərəcədən çox oldu, bu qədər. İkinci inyeksiyadan – ikinci peyvənddən sonra temperatur bir az yüksəldi, amma sonra keçdi. Özünü yaxşı hiss edir, titrlər yüksəkdir”.

www.yenicag.az

487
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100