!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada ilk olan "Neon ev" - Canlı şəkillər aləmindən VİDEOREPORTAJ - FOTOLAR 

!Reklam – Yazi

Azərbaycanda maraq doğuran maraqlı məkanlardan biri də Neon Sənət Muzeyidir.

Yenicag.az xəbər verir ki, bu muzey Bakının Novxanı kəndində yerləşir. Neon Sənət Muzeyi neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Muzey neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov tərəfindən açılıb. Neon sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır.

Artıq 15 ildir neon sənəti ilə məşğul olan Fərid Ələkbərov saytımıza açıqlamasında bildirib ki, ev muzeyini 7 il öncə yaradıb:

“Bu ev muzeyi emalatxana olmaqla yanaşı, ziyarətçilər üçün açıq bir məkandır. İlk dəfə İsveçrədə işləyərkən şimal işıqlarını görmüşdüm və o mənzərə məni ruhlandırdı. Elə o vaxtdan neon rəssamı kimi fəaliyyət göstərirəm. Hazırda tələbələrim də var”.

Ziyarətçiləri Neon Sənət Muzeyinə gətirən yolun bərbad vəziyyətdə olmasından şikayətlənən rəssam vurğulayıb ki, bu problemin tezliklə həll olunması arzuolunandır:

“Ev muzeyi ilə bağlı hər şeyi özüm etmişəm. Müvafiq orqanlar dəstək olarsa, yol problemi həll olunar və ziyarətçilərin sayı arta bilər. Neon Sənət Muzeyi dünyada ilkdir və ona görə də yol problemi mütləq öz həllini tapmalıdır.

Əslində, ev muzeyinin açlışında Mədəniyyət Nazirliyinin nümayəndəsi iştirak etmişdi və bildirmişdilər ki, turizm baxımından ziyarətçilər üçün avtobus xətti təşkil olunacaq. Təəssüf ki, ortada hələ heç nə yoxdur”.

Yenicag.az olaraq Neon Sənət Muzeyinə aid olan videomaterialı və fotoları oxucularımıza təqdim edirik:

Gülşən Şərif
Foto: Faiq Farizoğlu

www.yenicag.az

2229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv