!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada qaçqınların sayı 114 milyona çatıb - BMT

!Reklam – Yazi

Dünya üzrə qaçqınların sayı 114 milyon nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

2023-cü ilin birinci yarısında məcburi köçkünlüyün əsas səbəbləri Ukraynadakı irimiqyaslı müharibə, Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı silahlı münaqişələr, həmçinin Somalidəki quraqlıq, daşqın və təhlükəsizliyin olmaması və Əfqanıstanda humanitar böhran olub.

BMT-nin məlumatına görə, bu ilin ilk 6 ayında dünya üzrə 1,6 milyon yeni sığınacaq alınması ilə bağlı müraciət olub, bu da indiyədək ən yüksək göstəricidir. İyun-sentyabr aylarında daha 4 milyon insan qaçqın vəziyyətinə düşüb.

“Beynəlxalq ictimaiyyətin münaqişələri həll edə bilməməsi və ya yenilərinin qarşısının alınmaması köçkünliyə və əzablara səbəb olur. Biz münaqişələrə son qoymaq, qaçqınların və digər məcburi köçkünlərin evlərinə qayıtması və ya yeni həyata başlaması üçün birlikdə çalışmalıyıq”, deyə direktor Filippo Qrandi bildirib.

Hesabatda həmçinin qeyd olunur ki, İsrailin HƏMAS-la müharibəsinin humanitar nəticələri hələ qiymətləndirilməyib.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv