Dünyada səngiyən koronavirus niyə Azərbaycanda pik həddədir? – Həkim səbəbləri AÇIQLADI

“İnzibati qaydaları sərtləşdirməklə deyil, maarifləndirmə işi ilə koronavirusun daha çox yayılmasının qarşısını almaq olar”.

Bunu Yenicag.az-a açıqlamasında ixtisasca həkim olan Zəlimxan Məmmədli dünyada koronavirusa yoluxma halları azalmağa doğru getdiyi halda, Azərbaycanda əksinə, yoluxmaın günü-gündən artmasına, eyni zamanda ölüm sayının yüksək olmasına aydınlıq gətirərkən deyib.

Z.Məmmədli Türkiyəni misal çəkərək, qonşu ölkənin problemin həllində daha effektli yol seçdiklərini bildirib:

“İnsanlar kütləvi şəkildə sosial izolyasiya qaydalarına əməl etmir. Əlaqədar qurumlar da inzibati qaydada bunu həll etməyə çalışırlar. Cərimələrə çox üstünlük verirlər. Maarifləndirmə işi, inandırmaq, bu qərarları verən orqanlara insanların güvənli davranmaları çox önəmlidir. Burada da problemimiz var. Ümumi götürəndə yoluxma hallarının yüksəlməsinin əsas səbəbini insanların kontakt imkanlarının artmasında görürəm. Bundan narahat olmalıyıq. Əvvəlcədən Səhiyyə naziri insanların yanında olmalı, maarifləndirmə işi aparmalıydı. Amma Türkiyə fərqli yol seçdi, əlaqədar qurumlar insanlarla açıq və səmimi dialoqa girdilər. Maarifləndirmə işi aparıldı və insanlara səbəblər əsaslandırıldı.

Bizdə maarifləndirmə işinin aparılmaması, sistemin düzgün qurulmaması insanların onlara etimadsızlığını şərtləndirən əsas səbəblərdən biridir. İnzibati qaydaları sərtləşdirməklə deyil, maarifləndirmə işinin aparılması ilə koronavirusun pik həddə yayılmasının qarşısını almaq olar”.

Cəvahir

COP29