!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada şokolad qıtlığı yarana bilər

!Reklam – Yazi

Şokolad bir çox insan üçün xoşbəxtlik mənbəyi olaraq görülür. Ancaq bu şirin qida hazırda öz istehsalçısına xoşbəxtlik gətirmir.

Yenicag.az xəbər verir ki, dünyada kakaonun qiymətləri davamlı olaraq yüksəlir. Mütəxəssislər qiymət artımının səbəbi kimi uzun müddətdir davam edən hasilatın azalmasını göstərirlər. Bildirilir ki, kakaonun qiymətindəki artım şokolad həvəskarlarının cibinə ziyan vura bilər.

Kakao qıtlığının səbəbi demək olar ki, bütün istehsalın həyata keçirildiyi Qərbi Afrika bölgəsində yayılan bir xəstəlikdir. Müalicəsi olmayan virusla bağlı xəstəlikdən qurtulmağın yeganə yolu virusa yoluxan ağacları kəsib yerinə yenilərini əkmək olduğu bildirilir.

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv