!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyadakı siyasi proseslərə yön verən Azərbaycan: Beynəlxalq səviyyədə qazanılan nüfuzun təməlində nə dayanır? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan müasir dövrdə dünya birliyinə inteqrasiya edir. Cənubi Qafqaz regionu ilə yanaşı, sərhədlərimizdən uzaq yerləşən dövlətlərlə, beynəlxalq miqyasda xüsusi nüfuza sahib təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qonşu dövlətlərlə əlaqələrin inkişafını vacib amil kimi qiymətləndirən Azərbaycan Türkiyə, Rusiya və Gürcüstan ilə əməkdaşlığı günü-gündən inkişaf etdirməkdədir. Beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edən Azərbaycan qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir.

Azərbaycan Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik və bu kimi digər sahələrdə sıx əməkdaşlığını davam etdirir. Həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq miqyasda nüfuzu artmaqda, mövqeyi möhkəmlənməkdə davam edir.

Mövzu ilə bağlı siyasi şərhçi Tural İsmayılov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizə son zamanlar diqqətin artması Azərbaycanın hazırkı beynəlxalq siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirməsindən qaynaqlanır:

“Mərkəzi Asiyadan tutmuş, Avropaya qədər bütün dövlətlərin marağına səbəb olan Azərbaycan prezident İlham Əliyevin siyasi təcrübəsi sayəsində gündən-günə inkişaf etməkdədir. Hazırda ölkəmiz beynəlxalq miqyasda nüfuzlu konfransların daimi iştirakçısına çevrilib.

Hazırda dünya siyasətində Azərbaycanın əhəmiyyətli rolu var. Azərbaycanın 44 günlük müharibədə qazandığı Qarabağ zəfəri dünyadakı mövqeyini daha da gücləndirdi. Azərbaycanın sərgilədiyi mövqe dünyada baş verən geosiyasi proseslərdə vacib qərarların alınmasına təsir edir.

Azərbaycan 10-cu Qlobal Bakı Forumu ilə yanaşı, dəfələrlə dünya gündəmi sayılan forumlara ev sahibliyi edib. Bakı Forumu əhəmiyyətinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır. Belə təşəbbüslərin davamlı keçirilməsi beynəlxalq münasibətlərin gələcək inkişafı üçün əhəmiyyətli rol oynayır.

Forumda beynəlxalq miqyasda tanınan ictimai-siyasi xadimlər iştirak etdi. Onların çıxışı tədbirin əhəmiyyətini daha da artırdı. Bununla birlikdə, prezident İlham Əliyev də forumda çıxış edib, regional və beynəlxalq miqyasda baş verən bir sıra mühüm məsələlərə toxunub. Forum çərçivəsində İlham Əliyevin səsləndirdiyi bəyanatların dünyada baş verən proseslər fonunda xüsusi çəkisi var.

Bakı Forumu digərlərindən fərqlənir. Davos Forumu yalnız iqtisadi, Münxen Forumu isə təhlükəsizlik məsələlərini əhatə etsə də, Bakı Qlobal Forumu universal xarakter daşıyaraq beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar, eləcə də digər məsələləri özündə birləşdirir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv