!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyadan təcrid olunan Moskva: "Bu gün Rusiyanın Azərbaycana ehtiyacı var"

!Reklam – Yazi

“Rusiyanın Cənubi Qafqazda Azərbaycan kimi strateji bir ölkə ilə münasibəti çox əlverişlidir”.

Bu sözləri Rusiyaya tətbiq olunan sanksiyalar və yeni geopolitoloji vəziyyətin Azərbaycan-Rusiya siyasi münasibətlərinə mümkün təsirlərini dəyərləndirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın zəiflədilməsi prosesi fonunda Azəbaycanın regionda daha da güclənməsi gözləniləndir. Çünki qarşıdakı proseslər fonunda Rusiya regionda Azərbaycanla əməkdaşlığa üstünlük verməli olacaq:

“Hazırda Rusiyanın dünyada təkləndiyi bir vəziyyət yaşanır. Rusiyaya qarşı sözün əsl mənasında öldürücü sanskiyalar tətbiq olunur və dünyadan təcrid edilir. Demək olar ki, Putin Şimali Koreyanın prezidenti səviyyəsinə endirilib. Bu, Rusiya dövlətinin aşağılanmasıdır. Rusiyaya tətbiq olunan sanksiyalar yaxın həftələr ərzində özünü göstərməsə də, bir neçə aydan sonra təsirləri çox böyük olacaq. Nəticədə Rusiya on illərlə ölçülə bilən geriləmə yaşayacaq. Bütün hallarda yeni geosiyasi vəziyyət Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək. Bu təsir daha çox müsbət mənada olacaq. Çünki dünyada təkləndiyi bir məqamda Rusiyanın Cənubi Qafqazda Azərbaycan kimi strateji bir ölkə ilə münasibəti çox əlverişlidir. Rusiyanın ticari, iqtisadi və kommunikasiya məsələlərində Azərbaycanla normal münasibətdə olması Moskvaya hava, su kimi lazımdır.

44 günlük müharibədən sonra regionda yeni vəziyyətin yarandığını nəzərə alsaq, “3+3” əməkdaşlıq platforması çərçivəsində yeni kommunikasiya sistemləri həyata keçirilir. Bu, Rusiya üçün çox önəmlidir. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Rusiya üçün Naxçıvandan İrana, ordan da birbaşa Hindistana, Çinə qədər quru yolu açıq olacaq. Qərblə bütün münasibətlər sistemini tamamilə darmadağın edən Rusiyanın bütün nəqliyyat nöqteyi-nəzərindən Şərqlə yaxınlaşmasına böyük ehtiyac duyulacaq. Əlbəttə ki, bu proses məhz Azərbaycanın iştirakı ilə mümkündür. Bu gün Rusiyanın Azərbaycana ehtiyacı var”.

Gülşən Şərif

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv