!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı ağuşuna alan BAHALIQ: Azərbaycanın iqtisadi böhrandan ÇIXIŞ YOLU – Sabiq deputatdan TƏKLİF

!Reklam – Yazi

“Qiymət artımının qarşısının alınmasının yeganə yolu bazar iqtisadiyyatında rəqabət mühitinin təmin edilməsi, sahibkarlara dəstək verilməsi və intensiv metodlarla kənd təsərrüfatını inkişaf etdirərək məhsuldarlığı artırmaqdır”.

Bu sözləri dünyada ərzaq məhsullarının qiymətinin artmasının ölkəmizə təsirlərini şərh edərkən iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

80 ölkənin qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşacağını bildirən ekspert ölkəmizdə qiymət artımının qarşısının alınması üçün təkliflər irəli sürüb:

“Kənd təsərrüfatı məhsullarının qiymət artımına həm mövsüm, qlobal istiləşmə, həm də Rusiya-Ukrayna müharibəsi və logistik problemlər təsir edir. Ət məhsullarının istehsalında önəmli amillərdən biri olan dənli bitkilərin böyük qismi, əsasən, Ukraynadan dünya bazarına çıxarılır. Ukraynaya təcavüz edən Rusiya isə Qara dəniz bölgəsindən logistika problemlərini yaradır. Keçən il BMT-nin ərzaq proqramı üzrə komissarlığının açıqladığı rəqəmlərə görə, ən azı 80 ölkədə qida təhlükəsizliyi ilə bağlı problemlər gözlənilir. Bunu da Rusiya-Ukrayna müharibəsinin həmin ölkələrin ərzaq sisteminə göstərdiyi təsirin nəticəsi hesab etmək olar.

Biz də həssas bölgələrin birində yerləşirik. Dünyada baş verən iqtisadi problemlər ölkəmizə təsirsiz ötüşmür. Bu baxımdan, qiymət artımının qarşısının alınmasının yeganə yolu bazar iqtisadiyyatında rəqabət mühitinin təmin edilməsi, sahibkarlara dəstək verilməsi və intensiv metodlarla kənd təsərrüfatını inkişaf etdirərək məhsuldarlığı artırmaqdır”.

Sadiq Cavadov

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv