!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı bürüyən “Green Card” AJİOTAJI: “Əgər bu imkanlardan məhrumdurlarsa...”

!Reklam – Yazi

“Qalib elan edilən şəxslər heç də hər zaman qoyulan tələbləri ödəmək imkanında olmur”.

Bu fikirləri insanların “Green Card” lotereyasına kütləvi marağını və qalib şəxslərin düşdüyü müəyyən vəziyyətləri dəyərləndirən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Yenicag.az-a bildirib.

Onun sözlərinə görə, bu lotereyaya baş vurmaq istəyən şəxslər şərtlərlə yaxından tanış olmalıdırlar:

“Məlum olduğu kimi, “Green Card” hər il keçirilən bir lotereyadır. Bundan yararlanmaq istəyən şəxslər müəyyən mənada öz talelərini ABŞ cəmiyyəti ilə bağlamaq niyyətində olanlardır. Faktik olaraq, bu sistemdən səmərəli şəkildə istifadə edənlərin sayı az deyil.

Bu lotereyada qalib olan şəxslərin müəyyən bir qismi sonrakı mərhələnin tələblərinə uyğun şəkildə ABŞ-a köçməyə nail olurlar. Sadəcə, burada ən vacib nüans odur ki, gənclər “Green Card” üçün daha çox müraciət edirlər. Aydındır ki, bu da təhsil, iş karyera qurmaq istəyi kimi amillərlə bağlıdır.

Müşahidələrimiz göstərir ki, əslində, adı lotereya olsa da, burada təsəvvürümüzdəki standart lotereya prinsipindən istifadə edilmir. Statistik rəqəmlərə görə, “Green Card” üçün müraciətlərin sayında ilbəil artım qeydə alınır. Amma bu qaliblərin sayına təsir etmir.

“Green Card” sistemində daha çox selektiv yanaşma tətbiq olunur. ABŞ maraqlıdır ki, lotereyada iştirak edəcək şəxslər gələcəkdə Amerika cəmiyyətənə töhfə verə bilsin. Yəni ölkəyə əsasən, əmək qabiliyyəti, maddi imkanları, dil bilgisi olan adamlar gəlsinlər. Təcrübə də təsdiqləyir ki, qalib elan edilən şəxslər heç də hər zaman bu tələbləri ödəmək imkanında olmur. Beləliklə də, qalib olsalar belə, arzularını reallaşdıra bilmirlər.

Ona görə də hesab edirəm ki, bu lotereyaya baş vurmaq istəyən şəxslər şərtlərlə yaxından tanış olmalıdırlar. Bu halda qalib elan olunduqda, çətin duruma düşməyəcəklər. Əgər bu imkanlardan məhrumdurlarsa, o halda lotereyaya vurmamaları daha münasibdir”.

Yusif Səmədzadə

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv