!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı gözləyən YENİ TƏHLÜKƏ: Rusiya taxıl müqaviləsindən imtina edərsə...

!Reklam – Yazi

“Rusiya Ukrayna ilə taxıl müqaviləsindən imtina edərsə, dünyanı qidayla təmin etmək çətin olacaq”.

Yenicag.az Britaniya mediasına istinadən xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının (ÜƏP) sədri S. Makkeyn televiya proqramlarının birində çıxışı zamanı qeyd edib.

O, bildirib ki, mayın 18-də başa çatacaq müqavilənin yenilənməyə ehtiyacı var.

Münaqişənin davam etməsinə baxmayaraq, Ukrayna Taxıl Müqaviləsi vasitəsilə milyonlarla ton qida ehtiyatı ixrac edib. Ümumilikdə, Ukrayna buğda, arpa, qarğıdalı və günəbaxan kimi məhsulların əsas qlobal ixracatçısı hesab olunur.

Xatırladaq ki, 2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsi nəticəsində Rusiya qarşı tərəfin Qara dənizdə olan limanlarına çıxışı bağlayıb. Bunun fonunda da qlobal ərzaq böhranı riski ön plana çıxıb. Ötən ilin iyulunda isə BMT və Türkiyənin vasitəçiliyi ilə qida ehtiyyatalarının ixracı üzrə razılıq əldə edilib.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv