Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dünyanı heyrətə salan "əzələ adamlar" - FOTOLAR

Nəhəng və simmetrik bədən quruluşu bodibildinqlə məşğul olan atletlərin “visit kartı”dır.

Bodibilderin bədənin müxtəlif hissələrində “yığdığı” əzələlər arasında fərq hiss olunmamalıdır. Bu idman növünün əsas mahiyyəti də elə bundan ibarətdir: Əzələləri eyni ölçüdə inkişaf etdirmək. Amma təbii ki, bu kriteriyaya fərqli yanaşanlar da var.

Yenicag.az zen.yandex.ru-ya istinadən əzələli bədən quruluşları ilə dünyada məşhur olan bodibilderləri və onların həyat hekayələrini təqdim edir:

Cek Sayaq – Bəlkə də inanmayacaqsınız, amma dünya şöhrətli bu atlet evsizdir. Yəqin düşünürsünüz ki, evsiz bir adam necə bodibilder ola bilər? Küçədə yaşayan Cek hər gün yoldan keçənlərin verdiyi sədəqələrlə mağazadan meyvə alır. Yaşadığı şəhərdə artıq onu hamı tanıyır. O, həmyerlilərinin nəzərində qəhrəmandır. Uşaqlar yaxınlaşaraq, onunla şəkil çəkdirir, böyüklər isə bu insanın iradə və dözümünə heyran olurlar. Cek küçədə hazırladığı turnikdə məşq edir. Həmçinin o, çiyin və qol əzələlərinin inkişafı üçün rezin vasitələrdən də istifadə edir. Beləliklə, məşq etməsi üçün onun idman zalına getməyinə ehtiyacı yoxdur. Ümumiyyətlə, istənilən kişi üçün bədənin formada qalması üçün vacib olan idman hərəkəti “jim”dir. Cek isə bu təmrini daim edir.

Böyük Lenni – Bu ləqəbi qazanmasının səbəbi var. Böyük Lenni yarışlarda müntəzəm iştirak edən atletdir. Onun bədən quruluşu həmkarlarından fərqlənir – Lenni üzərində yuvarlaq əzələlər olan böyük qarına malikdir. Boyun, çiyin və qollarındakı əzələlər isə diqqəti o qədər də cəlnb etmir. Özünün dediyinə görə, qarın çıxarmasının səbəbi çox yeməkdir. Çünki əzələlərini formada saxlamaq üçün çox yeməyə məcburdur. Lenninin boyu 190 sm., çəkisi isə 205 kilodur. Lakin qaydalara əsasən, çəkisi 140 kilodan çox olan atletlər yarışlara buraxılmırlar. Bununla belə, ağır çəkisinə baxmayaraq, Böyük Lenninin əzələli bədənindən piy demək olar ki, yoxdur. O, indiyə qədər çox sayda yarışa qatılsa da, hələ qalib olmayıb. O, üzünə söylənən “sən ideal deyilsən” sözlərinə görə də kefini pozmur.

Kaleb Mutombo – Boyu cəmi 113 sm. olan qaradərili idmançı həyatında çox çətinliklərlə qarşılaşıb. Valideynləri kiçik yaşlarında onun inkişafında problemlərin olduğunu görüblər. Çox ləng boy atır, çətinliklə gəzir və bədəni simmetrik inkişaf etmirdi. 14 yaşında Kalebin bədəni və boyu inkişafdan qalır. Hazırda onun 21 yaşı var və çəkisinin 32 kilo olmasına baxmayaraq, daim idmanla məşğuldur. Çətinliklə hərəkət etməsinə və əzələlərinin bu ağırlığa tab gətirməməsinə rəğmən, həftədə 5 dəfə idman zalına gedir. Məqsədi daha da təkmilləşərək, yarışlara qatılmaqdır. O, qatıldığı ilk turnirdə 3-cü yeri tutub.

Qunnar Anderson – Əlbəttə, insanın sağlamlığında müəyyən problemlər ola bilər. Bu problemlər bəzən hər hansı şəxsin arzuladığı idman növü ilə məşğul olmasına maneə də yaradır. Bu gün dünya “kulturist”ləri arasında adından söz etdirməyi bacaran Qunnar Anderson da fiziki qüsurla – sağ sinə əzələsi olmadan dünyaya gəlib. O, özünəməxsus bədən quruluşuna uyğun olaraq, qeyri-standart məşq proqramları əsasında özünü təkmilləşdirib. Hazırda məşqçi kimi çalışan Qunnar internetdən ona müraciət edən insanlara təlim proqramları hazırlayır. Onun şəxsi “YouTube” kanalı da var.

Kollin Klark – Düzdür, Daun sindromlu bir oğlanın necə bodibilder olduğunu təsəvvür etmək çətindir. Amma, bu mümkündür! Üstəlik, bu cür genetik xəsətəlikdən əziyyət çəkən birinin əzələ “yığması” olduqca çətindir. Çünki həmin insanlarda bədən tonusu aşağı olur və boy artımında çatışmazlıq müşahidə edilir. Ancaq bu məhdudiyyətlər Kollinin “kulturist” kimi formalaşmasına mane olmayıb. O, xəyallarına doğru addımlayaraq, arzuladığı nəticəni əldə etməyi bacarıb. Bodibildinqə vurğunluq Sevdiyi filmləri izlədikcə, ekran qəhrəmanları kimi idmançı olmağı hədəflətib və bu məqsədinə nail olub.

Firuzə Alimova

www.yenicag.az

2064
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM