!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı təhdid edən ANOMAL İSTİLƏR: İçməli su qıtlığı yarana bilərmi? - AÇIQLAMA

!Reklam – Yazi

Son günlər Azərbaycanda havanın kəskin istiləşməsi müşahidə edilir. Temperaturun bəzi yerlərdə hətta 42-44 dərəcəyə çatdığı deyilir.

Davam edən anomal istilər əhalinin su təminatında problemlər yarada bilərmi?

Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Neyman Səfərəliyev Yenicag.az-a açıqlamasında ölkədə kəskin istilərlə bağlı suya təlabatın birə-beş artdığını deyib.

O, vətəndşlardan suyu qənaətlə istifadə etmələrini tövsiyə edib:

“İsti hava şəraiti ilə bağlı suya təlabat birə-beş artıb. Bununla əlaqədar suyun həcmini də artırmışıq. Mümkün qədər çalışırıq ki, camaata suyu çatdıraq. Proqnozlara görə, kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq vətəndaşlardan içməli sudan mümkün qədər qənaətlə istifadə etmələrini xahiş edirik”.

Sadiq Cavadov

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv