!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı təhdid edən yeni yoluxucu XƏSTƏLİK: “Quşlarla davamlı təmasların nəticəsində...”

!Reklam – Yazi

“Qloballaşan dünyada istənilən yoluxucu xəstəliklərin hər bir ölkədə yayılması mümkündür”.

Bu fikirləri bir sıra ölkələrdə “tutuquşu qızdırması” kimi tanınan “xlamidiya” xəstəliyinə yoluxma halları və onun əlamətləri haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “xlamidiya” insanlara uzun təmaslar vasitəsilə quşlardan yoluxur:

“Dünyada insan artımının səviyyəsi həddindən artıq yüksəkdir. Yer kürəsində insanların sayı çoxaldıqca, onların müxtəlif heyvanlar və quşlarla təmasının artması nəticəsində, müxtəlif zoonotik infeksiyaların insanlara keçməsi müşahidə edilir. Koronavirus infeksiyaları da məhz keçən əsrin 60-cı illərindən insanlara keçərək qlobal pandemiyaların yaranmasına səbəb olub.

Əlbəttə, bu proses getdikcə daha çox vüsət alacaq. Hazırda müxtəlif zoonotik virus və bakteriyaların, mikroorqanizmlərin əvvəlki illərlə müqayisədə daha çox xəstəlik törətmə halları gözləniləndir. “Tutuquşu qızdırması” adlanan xəstəlik də “xlamidiya”nın bir növüdür. Bu xəstəlik ilk növbədə insanlara quşlarla davamlı təmasların nəticəsində keçir.

“Xlamidiya” tənəffüs yolu vasitəsilə yoluxduqdan sonra asqırma, öskürmə vasitəsilə başqalarına da keçmək ehtimalı da var. Xəstəlik qızdırma, üşütmə, baş, bel ağrıları və ümumi halsızlıqla başlayır. Bu proses bir neçə həftə çəkə bilər. Ölüm halları az baş versə də, xəstəlikdə ağırlaşma, pnevmaniya halları da bəzən qaçılmaz olur.

Hər halda, ehtiyatlı olmaq lazımdır. Qloballaşan dünyada istənilən yoluxucu xəstəliklərin hər bir ölkədə yayılması mümkündür. Düşünürəm ki, sərhəd-keçid zonalarında xəstə insanların ölkəyə girişi zamanı onları bir neçə gün karantin rejimində saxlamaqla, nəzarəti gücləndirilmək vacibdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv