!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı təhlükəli təbiət hadisəsi gözləyir

!Reklam – Yazi

Dünyaya rekord istilik və quraqlıq gətirən “El Nino” təbiət hadisəsi zəifləyir. Onu təbii olaraq əks proses – “La Nina” əvəz edəcək.

Yenicag.az xəbər verir ki, təhlükəli hadisənin başlanmasını amerikalı meteoroloq Con Baranik proqnozlaşdırıb.

Sinoptikin sözlərinə görə, Sakit okeanda temperaturun anormal azalması ilə xarakterizə olunan “La Nina” payızda başlayacaq. Cənub rəqsinin isti və soyuq fazaları arasında keçid mərhələsi yaz və yay aylarında baş verəcək. Proqnozunda mütəxəssis hava məlumatlarına deyil, tarixə əsaslanır. Onun sözlərinə görə, 2023-cü ilin qışında baş verən dağıdıcı “Super El Nino” 50-ci illərdən bəri cəmi beş dəfə baş verib.

“El Nino” səbəbiylə isə bu qış yüksək yağıntı ilə qeyri-adi dərəcədə isti olub./unikal

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv