!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı xaosa düçar edən İranın "ÇÖRƏK" ticarəti: Narkotiklər dünyaya bu marşrutlar ilə yayılırdı

!Reklam – Yazi

Rəsmi məlumata görə, bu ilin on ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib.

Mövzu ilə bağlı narkomaniya üzrə ekspert, araşdırmaçı Emil Maqalov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycandan digər tranzit ölkələrə satılır:

“İran İslam Respublikası narkotikləri dünyaya İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa, İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutları ilə yayırdı.

Ölkədə bu marşrutlar ilə narkotiklərin daşınması halları dəfələrlə aşkar edilib, külli miqdarda narkotik vasitələr tutulub.

Hətta tutulan narkotiklərin bağlamalarının üstündə çəkinmədən aşkar şəkildə İran narkoistehsalı fabriklərinin möhürləri və tarixi də olur. Bu, həm də onu göstərir ki, İran hökuməti bundan xəbərdardır və bununla özlərinə “çörək” qazanaraq, dünyanı narkotik xaosuna salmaqda davam edir.

Uzun illərdir ki, İran narkotikləri işğalda olan torpaqlarımızda həm istehsal edilib, həm də ermənilərin əli ilə dünyaya yayılırdı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu narkotrafik tranziti və istehsalı İran üçün keçilməz oldu.

Nəticədə, İran hökumətində müxtəlif bəhanələrlə Azərbaycanla münaqişə yarandı. Çünki İran rəsmiləri rəsmən “Azərbaycan çörəyimizi kəsdi” deyə bilməzdi”.

Ölkəmizdə narkomaniya ilə mübarizə üsullarına da toxunan ekspert hesab edir ki, narkomaniya ilə mübarizə üçün külli miqdarda vəsait, aidiyyatı işçilərin əməkhaqqının yüksəlməsi və həqiqətən işində vicdanlı insanlar olmalıdır:

“Narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və eyni sosial adamlar iştirak edirlər. Ümumiyyətlə narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat yoxdur.
Ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul olanda narkomaniyaya risk azalır. İdmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar, amma düşünürəm ki, idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alsaq, narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb, təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.

Yəni narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə müsbət nəticə və effekt əldə etmək olmur”.

Gülşən Şərif

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv