!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın beyin mərkəzləri Azərbaycanda: Beynəlxalq baxışı uğurlu platformaya çevirən MƏQAMLAR

!Reklam – Yazi

Azərbaycan malik olduğu imkanları beynəlxalq aləmə təqdim etmək üçün davamlı olaraq, ən müxtəlif formatlarda beynəlxalq səviyyəli tədbirlər, toplantılar, konfranslar, forumlar, sərgilər təşkil edilir.

Çünki hər bir beynəlxalq tədbirin əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. Bu da Azərbaycanın istənilən məsələyə beynəlxalq baxışının və həmin məsələnin həllinə verə biləcəyi töhfəni də ortaya qoymaq imkanı yaradır. Bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil ölkələr arasında əlaqələrin inkişafında mühüm faktor olan etimad mühitinin qorunması və inkişaf etdirilməsidir.

Aprelin 23-də ADA Universitetinin 6-cı Siyasət Forumunun təşkil etdiyi “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumu da bu qəbildən olan tədbirlərdəndir. Artıq ADA Universitetinin təşkil etdiyi Siyasət Forumu dünya beyin mərkəzləri tərəfindən beynəlxalq aləmi narahat edən məsələləri müzakirə etmək baxımından uğurlu bir platformaya çevrilib.

ADA Universitetinin Siyasət Forumu bu il təşkil etdiyi forum bir çox məqamlarına görə böyük əhəmiyyət daşıyır.

Birincisi, COP29 Azərbaycanın qlobal iqlim probleminin həllində oynayacağı rolu, potensialı və malik olduğu imkanları baxımdan təqdimatı olacaq.

Artıq Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərin gələcək inkişaf strategiyasında “yaşıl enerji”nin mühüm rol oynayacağı öz əksini tapıb. Digər tərəfdən, Azərbaycan qlobal iqlim dəyişikliyinə, həmçinin qlobal enerji təhlükəsizliyinin dayanıqlılığını daha etibarlı şəkildə təmin edilməsi baxımdan alternativ və bərpa olunan enerji sahəsində ciddi layihələrin icrasına start verib və bu istiqamətlərdə meqalayihələr həyata keçirilməyə başlanılıb.

Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində çox böyük potensiala, eyni zamanda münbit investisiya mühitinə malik olduğundan xarici investorlar ölkəmizə sərmayə qoymağa maraq göstərirlər.

İkincisi, COP29 Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı reallığa uyğun olaraq bölgədə yeni regional əməkdaşlıq formatları təqdim etməkdədir. Bu əməkdaşlıq formatı təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin sıx əməkdaşlığına və davamlı inkişafına xidmət edir. Bakının hədəfi bölgəni vahid bir orqanizm kimi inkişafını təmin etmək niyyətindədir. Məhz bu sıx əməkdaşlıq bölgə ölkələri arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri yaratmaqla yanaşı, təhlükə və təhdidlərə qarşı da birgə müdafiə etmək imkanı yaradacaq. Son aylarda İrəvanla Bakı arasında sülh danışıqları istiqamətində gedən proseslər bunun əyani sübutudur. Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi təkcə bölgə ölkələrinin inkişafı, əmin-amanlığı baxımdan deyil, bütövlükdə Avrasiya coğrafiyasında və Afrika ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması baxımdan mühüm əhəmiyyət kəsb edir. COP 29-un Bakıda keçirilməsi və Azərbaycanın belə bir mötəbər tədbirə sədrlik etməsi İrəvanla Bakı arasında sülh prosesinin sürətlənməsinə və digər sadaladığımız məsələlərin həllinə öz töhfəsini verəcək.

Üçüncü məqam isə ondan ibarətdir ki, beynəlxalq toplantı və forumların iğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında keçirilməsidir. Bununla Azərbaycan həm Ermənistanın işğalçılıq siyasətinin yaratdığı nəticələrini, həm işğaldan sonra ölkəmizin həyata keçirdiyi abadlıq-quruculuq işlərini, Azərbaycanın heç bir beynəlxalq dəstək almadan təkbaşına gördüyü işlərlə gücünü, qüdrətini, həm də həmin bölgələrin potensialını əyani şəkildə beynəlxalq aləmə nümayiş etdirir.

Aprelin 23-də ADA Universitetinin 6-cı Siyasət Forumunun təşkil etdiyi “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunun aprelin 24-də Laçın rayonunda davam etməsi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Forumda iştirak edən dünyanın müxtəlif ölkələrinin beyin mərkəzlərinin əməkdaşları real vəziyyətlə yerində tanış olacaqlar.

Bu forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək.

Nəsimi Ələsgərli

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv