!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın danışan “ağzını” BAĞLAMAQ: “Demokratiyanın cəsarətlə həyata keçirilməsi...”

!Reklam – Yazi

“Qərb dairələri yenə əsassız olaraq, Azərbaycanın üzərinə gəlir, müxtəlif qeyri-obyektiv qətnamələr qəbul edirlər”.

Bu fikirləri 7 fevral növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat hissəsinin sönük keçməsi haqda yanaşmalara münasibət bildirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, dünyanın danışan ağızlarını bağlamalıyıq:

“20 il bundan əvəl ölkədə ciddi rəqabətli seçki ajiotajı vardı. Hazırda Qarabağ məsələsi ilə bağlı İlham Əliyevin reytinqi yerindədir. Bu şəraitdə alternativ namizədlərə də müəyyən imkan yaradılması və rəqabət üçün zəmin zəmin formalaşdırılması lazım idi.

Görürsünüz, digər namizədlərin əksəriyyətinin seçicilərlə görüşü bu və ya digər formada təşkil olunur. Belə olan halda xalq prosesə maraq göstərmir. Alternativ mövqe göstərilmir. Bəlkə də Qarabağ problemi həll edilməmiş olsaydı, fərqli vəziyyət görərdik. Çünki siyasi konturlar, partiyaların quruculuğu məhz Qarabağ problemi dalğasında yaranmışdı.

Artıq Qarabağ problemi həll edildiyi üçün sanki əl-ayaq soyuyub. Qərb dairələri yenə əsassız olaraq, Azərbaycanın üzərinə gəlir, müxtəlif qeyri-obyektiv qətnamələr qəbul edirlər. Onlara heç bir halda əsas verməməliyik. Seçki prosesində inzibati resurslardan istifadə etməyə ehtiyac yoxdur. Çünki Qarabağı işğaldan azad edən prezident seçkilərə qatılanların əhəmiyyətli faizinin səsini qazanacaq.

Ərdoğan da seçkiyə getdi, cuzi faizlə seçildi. Ancaq dünyanın danışan ağzını bağladı. Biz də dünyanın danışan ağzını bağlamalıyıq. Bunun yolu da demokratiyanın cəsarətlə həyata keçirilməsidir. Hazırda bundan artığını əldə etmək mümkün deyil. Ona görə də, millətimizə xeyrli olsun, deyirəm. Dua etməkdən başqa bir şey qalmayıb. Prezidentliyə namizədlərin dördü Xalq Cəbhəsinin içindən çıxıb, vaxtilə bir yerdə çalışmışıq, Allah işlərini avand eləsin”.

Səxavət Məmməd

www.yenicag.az

1988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv