Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyanın ən böyük silah alverçisi tutuldu - FOTO

Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb.

Yenicag.az xəbər verir ki, Jak Mesye Belçika, Portuqaliya və Fransanın hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı Portuqaliyanın Evora şəhərində tutulub.

66 yaşlı “Marşal” bu gün, avqustun 16-da Portuqaliyada məhkəmə qarşısına çıxarılacaq.

Belçika barəsində ittiham hökmü çıxardığı Mesyenin təhvil verilməsini tələb edir.

Qeyd edilir ki, silah alverçisi Belçika məhəkəməsindən qaçaraq Portuqaliyada gizlənib. Onu Belçika məhkəməsinin sorğusu, beynəlxalq həbs orderi əsasında saxlayıblar.

Jak Mesye təxminən on il əvvəl ABŞ-da və Fransada analoji cinayətlərə görə ittiham edilib. Lakin o, son 35 il ərzində heç bir silahlı konfliktdə iştirak etməyib. Jak Mesye 1980-ci illərdə İraqa qarşı müharibə zamanı İranı silahla təchiz edib.

Belçikada “Marşal” və ya “Lis” ləqəbləri ilə məşhur olan Jak Mesye daha əvvəl avtomat silahların, zirehli texnikanın, vertolyotların və münaqişələrdə istifadə edilən digər silahların, həmçinin Liviyaya, Çada, Pakistana və İrana silahların tədarükünə görə 4 il azadlıqdan məhrum edilib. O, hökmün çıxarılmasından sonra Portuqaliyada gizlənib.

Loading...

www.yenicag.az

3509
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100