Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dünyanın ən cazibədar dələduzları - Fotolar

Nə qədər qəribə səslənsə də, insanları aldatmaq bir peşədir. Bu peşəni özlərinə həyat yolu seçənlər ən amansız fırıldaqçılardır. Dünyada bu cür fırıldaqçıları adətən dələduz kimi qələmə verirlər. Bu dələduzlar içərisində dünyada hamını aldatmağa bacaran zərif cinsin nümayəndələri də var. Bu qadınlar öz gözəllikləri vasitəsilə qarşılarındakı insanı aldatmağı, ovsunlamağı bacarıblar.

Yenicag.az dünyanın ən dələduz və cazibədar iki xanımı haqqında məlumatı təqdim edir:

Elizabeth Bigley

O, dünyanın ən cazəbədar dələduzu hesab edilir. Bütün dövrlər ərzində öz gözəlliyi ilə onlarla böyük dələduzluq əməli törədən Elizabeth Bigley 22 yaşından bu peşəni seçib. O, adını dəyişərək Cassie Chadwick kimi özünü tanıtmağa başlayıb. 22 yaşı olanda bir bank çekini saxtalaşdıraraq bankdan milyon dollar pul çıxarıb. Polis onu həbs etsə də, üzərində ruhi xəstə olması haqqında həkim rəyinin olması səbəbindən azadlığa buraxılıb.

1882-ci ildə Cassie Chadwick Wallace Springsteen adlı bir gənc ilə evlənir. Aristokrat həyat tərzi sürən Cassie öz ətrafına çoxsaylı adamlar toplaya bilir. Belə ki, hamı onu xeyirxah, alicənab varlı qadın kimi qəbul edirdi. O, küçədə qarşısına keçən heç bir kasıbı əliboş yola salmırdı. Hətta bəzən evsizlər üçün kirayə pulunu ödəyərdi. Heç kim onun nə işlə məşğul olduğunu bilmirdi. Amma yenicə ailə qurduğu həyat yoldaşı Wallace Springsteen onun keçmişi haqqında məlumat toplamağa başlayır. O, eşitdiyindən dəhşətə gəlir. Wallace həyat yoldaşının dünyanın ən məşhur dələduzu olduğunu bildikdən sonra ondan ayrılmağa qərar verir.

Buna baxmayaraq, Cassie öz işində idi. O böyük şirkətləri bir anda müflis etməyi bacaran dələduz idi. Klevelandda yaşadığı qısa müddətdə o, dünyanın ən böyük dələduzluğuna imza atır. 1897-ci ildə Cassie Şotlandiyalı milyonçu Andrew Carnegienin qanunsuz qızı olduğunu iddia edərək onu müflis etməyi bacarır. Cassie saxta sənədlərlə banklardan 20 milyon dollar pul çıxarır. O, polis tərəfindən həbs edilir. Cassie Chadwick, 6 Mart 1905-ci ildə məhkəmə önünə çıxarılır. O, 9 böyük fırıldaqçılıqda günahkar bilinərək on il müddətinə azadlıqdan məhrum edilir. Cassie hətta həbsxanada da öz əməllərindən qalmır. Saxta sənədlə həbsxanadan şəhərə gedən Cassie təsadüf nəticəsində ələ keçir. O, təkadamlıq kameraya salınır. Cassie Chadwick iki il sonra həbsxanada dünyasını dəyişir.

Mary Baker

Dünyanın daha bir məşhur xanım fırıldaqçısı Mary Baker olub. O, seçdiyi qurbanlarına özünü ada sahibi olan varlı bir xanım Princess Caraboo kimi tanıdıb. Onun əsl kimliyini isə portuqaliyalı dənizçi açır. İddiaya görə, əslində Mary Baker qul olur. Belə ki, portuqaliyalı dənizçinin dediyinə görə, onu varlı bir ailəyə qulluqçu kimi veriblər. Ancaq Mary Baker fərasətli çıxaraq öz ad-soyadını dəyişir. Gözəlliyi ilə hər kəsi valeh edən bu qız bir anda bütün şəhərdə məşhurlaşır. O, varlı tacirləri dələduzluq yolu ilə müflis edir, onların əmlakını ələ keçirir.

Bu dələduz qadını həbs etmək mümkün olmur. Belə ki, heç bir varlı tacir ondan polisə şikayət edə bilmir. Çünki o, varlıları rəsmi müqavilələrlə müflis edirdi. Princess Caraboo dünyanın ən böyük fırıldağına imza ataraq ən varlı 10 tacirlə şirkət qurmağa qərar verir. Bütün pulları öz bank hesabı ilə başqa adlara ötürməyi bacaran Princess Caraboo tacirləri tamamilə müflis edir.

Mary öz əməllərindən ömrü boyu əl çəkməyib. Ömrünün sonunda İngiltərədə bir xəstəxanada xəstə baxıcısı kimi çalışıb. Onun haqqında məşhur “Princess Caraboo” bədii filmi çəkilib.

Qoşqar Salmanlı

www.yenicag.az

586
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS