!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən çox silah idxal edən ÖLKƏLƏRİ 

!Reklam – Yazi

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın ən çox silah idxal edən ölkələrini açıqlayıb

Yenicag.az xəbər verir ki, 2018-2022-ci illəri əhatə edən siyahıya görə sözügedən dövrdə qlobal silah idxalındakı payı 11% təşkil edən Hindistan eyni zamanda dünyanın ən çox silah idxal edən ölkəsi olub. Hesabat dövründə Hindistan ən çox Rusiya (45%), Fransa (29%) və ABŞ-dan (11%) silah idxal edib . Dünyanın ən çox silah idxal edən ikinci ölkəsi isə Səudiyyə Ərəbistanı olub. Ər-Riyadın ən çox silah idxal etdiyi ölkələr ABŞ (78%), Fransa (6,4%) və İspaniya (4,9%) olub.

Səudiyyə Ərəbistanı 2018-22-ci illərdə qlobal silah idxalının 11%-nə malik olub. Siyahının üçüncü pilləsində isə daha bir körfəz ölkəsi olan Qətər qərarlaşıb. Doha 2018-2022-ci illərdə ən çox ABŞ (42%), Fransa (29%) və İtaliyadan (14%) silahlar idxal edib. Hesabat dövründə Qətərin qlobal silah idxalındakı payı 6,4% təşkil edib.

Dünyanın ən çox silah idxal edən ölkələrinin ilk onluğundakı digər ölkələr isə ardıcıl olaraq Avstraliya (4,7%), Çin (4,6%), Misir (4,5), Cənubi Koreya (3,7%), Pakistan (3,7%), Yaponiya (3,5%) və ABŞ (2,7%) qərarlaşıb./Apa/

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv