Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dünyanın ən davamlı smartfonu AÇIQLANDI

“JerryRigEverything” ləqəbi ilə tanınan bloqer Zak Nelson ötən ilin ən davamlı smartfonlarının reytinqini tərtib edib.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, Nelson “Google Pixel 3a” qurğusunu 2019-cu ilin ən davamlı cihazı adlandırıb. Bloqer bildirib ki, bu cihaz möhkəm plastik korpusa malikdir və onu sökmək çox asandır. Məsələn, cihazın ekranı bir çox smartfonlarda olduğu kimi, yapışqanla deyil, bir neçə vintlə bərkidilib.

Nelson “Royole Flexpai” aparatını ən təmirə yararsız cihaz adlandırıb, sözügedən smartfon qatlanan ekrana görə kənar müdaxilə üçün nəzərdə tutulmayıb. Nelson “Apple” smartfonlarının yeni istehsal xəttini xüsusi vurğulayıb. Videobloqerin fikrincə, hələ də “iPhone”u ev şəraitində təmir etmək çətindir, xidmət mərkəzlərində təmir isə çox bahalıdır.

www.yenicag.az

1022
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM