Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dünyanın ən güclü ordularının reytinqi: Azərbaycan Ermənistandan öndədir

Dünyanın ən güclü ordularının 2017-ci il üçün reytinq cədvəli açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Global Firepower” şirkəti tərəfindən hazırlanan siyahıda 133 ölkə ordusu yer alıb. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının sıralamasında 58-ci yeri tutub.

Müharibə şəraitində olduğumuz mənfur düşmən ölkə – Ermənistan ordusu isə 93-cü pillədə qərarlaşıb.

Digər qonşularımızdan Rusiya 2-ci, Türkiyə 8-ci, İran 21-ci, Qazaxıstan 55-ci, Gürcüstan 82-cidi.

İlk onluq isə belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir.

Sonda onu da qeyd edək ki, “Global Firepower” dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. Şirkətin məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Yenicag.az

www.yenicag.az

379
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM