!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyanın ən həyəcanlı drift yarışından FOTOLAR - VİDEO

!Reklam – Yazi

Ötən gün Bakıda ilk dəfə dünyanın ən həyəcanlı drift yarışı olan “Red Bull Car Park Drift” yarışı keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Dənizkənarı Bulvar ərazisində keçirilən yarışa 25 ölkənin drifteri qoşulub.

Özünəməxsus sərt qaydalarla zəngin olan yarışda 16 nəfər iştirakçı Milli Final mərhələsinə kimi yüksəlib. İştirakçılar yarış boyu münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışıblar. 20 nömrəli maşın sürücüsü Adil Axundov yarışın qalibi olub. 2-ci yerə Pərviz Əzizov, 3-cü yerə isə Rauf Dadaşzadə çıxıb.

Drifterlər driftinq bacarıqları ilə yanaşı, maşınlarının görünüşü, səsi və digər göstəricilərinə əsasən də mükafatlandırılıblar.

Gənclər və idman naziri Fərid Qayıbov yarışla bağlı təəssüratlarını bölüşüb.

Yenicag.az sözügedən yarışla bağlı videomaterialı və fotoları oxucularına təqdim edir:

Gülşən Şərif
Fariz Faiqoğlu

www.yenicag.az

781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv