!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən ucuz evi - Cəmi 1 dollar...

!Reklam – Yazi

ABŞ-da qiyməti cəmi bir dollar olan ev satışa çıxarılıb.

Yenicag.az xəbər verir ki, Miçiqan ştatının Pontiak şəhərində yerləşən iki otaqlı ev “dünyanın ən ucuz evi” kimi qeydə alınıb.

Əmlak agenti Kristofer Hubel deyir ki, reklamı internetdə yerləşdirdikdən sonra ev artıq böyük maraq doğurub.

“Cavab baxımından mənə yüzlərlə telefon zəngi, yüzlərlə mesaj, yüzlərlə e-poçt məktubları gəlib. Telefonum zəng çalmağa davam edir”, – Hubel qeyd edib.

Hubel obyektin təmirə ehtiyacı olduğunu etiraf edib. Ev 1956-cı ildə tikilib və 20 ilə yaxındır indiki sahibinə məxsusdur. 2004-cü ildə aldıqdan sonra sahibi onu əsasən kirayə məqsədilə istifadə edib və hətta 2011-ci ildə 10.000 dollara satmağa cəhd edib.

Son illərdə ev boşdur, bu da onun viran qalmasına səbəb olub. Bununla belə, Hubel hesab edir ki, obyektin alınması hələ də sərfəlidir və alıcı üçün yaxşı investisiya ola bilər. Onun hesablamalarına görə, 25 min dollardan 45 min dollara qədər təmir edilə bilər. Təmirdən sonra ev təxminən 120 min dollara başa gələcək./unikal.az/

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv