!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın gündən-günə çirklənən HAVASI: Azərbaycan neçənci yerdədir? - ARAŞDIRMA

!Reklam – Yazi

Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olsa da, demək olar ki, dünya əhalisi “keyfiyyətli hava”sız yaşaya bilir.

Yenicag.az dünyanın hava çirkliliyi ilə bağlı araşdırmanı oxuculara təqdim edir.

2022-ci il Dünya Havanın çirklənməsi hesabatına görə, dünyanın ən çirkli ölkələri siyahısında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş ilk sıraları tutur. Havası ən təmiz ölkələr isə Quam, Fransız Polineziyası və Bermud adalarıdır. Əlavə olaraq bu siyahıya İslandiyavə Yeni Zelandiya da aiddir.

Dünyada havanın ən çox çirkli olduğu şəhər Taylandın Çianq Mayı şəhəri göstərilib.

Avropa Statistika İdarəsinin (Eurostat) 2022-ci il məlumatlarına görə, Avropanın ən çirkli havası olan ölkə Bosniya və Herseqovinadır.

Dünyanın 101 ölkəsinin hava keyfiyyətini canlı olaraq izləmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci il məlumatlarına görə, havanın çirklənməsi hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.

ÜST standartlarına görə, bölgədəki havanın “təmiz, nəfəs alına bilən hava” olması üçün incə hissəciklərin (PM2,5) dəyəri hər kubmetr üçün ən çox 5 mikroqram olmalıdır. Hesabatda dünya əhalisinin 99 faizinin keyfiyyətli hava standartlarından aşağı və insan sağlamlığını təhdid edən şəraitdə yaşadığı vurğulanıb. Hava standartlarına əməl olunarsa, insan ömrünü 2,3 il artırmaq olar.

Qeyd edək ki, 2022-ci il Dünya Havanın Çirklənməsi Hesabatına görə Azərbaycan dünya hava çirkliliyi reytinqində 51-ci yerdədir.

Nəsimi Ələsgərli

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv