!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın sonunda yalnız bu ölkələr SAĞ QALACAQ – ADLAR

!Reklam – Yazi

Alimlər dünyanın sonunun gəldiyi zaman sağ qala biləcək beş ölkəni açıqlayıblar.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, Covid-19-dan daha pis pandemiya təhlükəsi və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.

Alimlər dünyanın qlobal çöküşü zamanı sığınacaq axtarmaq üçün ən təhlükəsiz ölkələrin Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti olduğunu bildirirlər.

Siyahı ölkələrin öz əhalisi üçün ərzaq yetişdirməsi, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorunması, elektrik şəbəkələri və bəzi istehsal imkanları əsasında sıralanıb.

Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və əhali sıxlığının az olmasına görə bu siyahıda birinci yerdə qərarlaşıb.

Sadiq Cavadov

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv