!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın YENİ DÜZƏNİ: "Cənubi Qafqazda sıxışdırılan Rusiya Afrikada..." - MÖVQE

!Reklam – Yazi

“Türkiyənin Rusiyaya təsir mexanizmi olduğu üçün çalışacaq ki, artıq onun Cənubi Qafqaza təsirini minimuma endirsin”.

Bu fikri qlobal savaş, Rusiyanın eyni vaxtda üç istiqamətdə mübarizəsi, gözlənilən nəticələri dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya ilə Fransa arasında Afrikada vəkalət davası gedir:

“Yeni dünya düzəninin planlanması və birbaşa sahədə icrası prosesi gedir. Yeni dünya düzəni o deməkdir ki, coğrafi olaraq hansısa ölkələri başqa ölkələrin təsir dairəsindən çıxarmaq, təsir dairəsindən çıxardılarsa, həmin ölkələr NATO blokuna daxil olan ölkələrə qoşulsunlar. Yeni dünya düzənində Rusiyanın təsirini hansı bölgələrdə minimuma endirmək olar üzərində işlənilir. Rusiya da əks plan ortaya qoyur ki, mən nə edə bilərəm. Rusiya anladı ki, ambissiyasını hara qədər yeridə bilər. Rusiya gördü ki, imperiya ambissiyasını Avropaya yeritmək mümkün deyil. Cənubi Qafqazda bir yerə qədər hərəkət edə bilər. Çünki Türkiyənin maraqları ilə toqquşacaq. Türkiyənin Rusiyaya təsir mexanizmi olduğu üçün Ankara çalışacaq ki, artıq Cənubi Qafqaza Rusiyanın təsiri minimuma endirsin. Ancaq bu, bir plandır. Bunun baş tutub-tutmayacağı hələ ki, bilinmir.

Cənubi Qafqaz Rusiya üçün bufer zona idi. Rusiya öz gücünü artıqlaması ilə qoyacaq ki, Zəngəzur dəhlizi açılsın və dəhlizə nəzarət etsin. NATO bloku Rusiyanı burdan da çəkindirmək istəyir. ABŞ çalışır ki, Rusiya zəifləsin, hərbi və siyasi gücünü öz əraziləri daxilinə çəksin. Rusiya onun əks planını Afrikada qurdu.

Afrika münbit zonadır. Onlara az bir şey təklif edərək onları öz tərəfinə çəkmək olur. Afrika ölkələrinin 80 faizinin Rusiya ilə silah ticarəti var. Rusiya bunu elə bir hala gətirib ki, inqilaba qalxan hər bir afrikalının əlində avtomat var. Afrikada həm yeraltı sərvətlər uğrunda, həm də silah ticarəti üzərində mübarizə gedir. Rusiya Afrikada nəzarəti öz əlinə keçirməklə Avropa ölkələrini, xüsusilə, Fransanı orAdan çıxarmağa çalışır. O, planı həyata keçirmək üçün yerdəki icraçıları elə bir hala gətirməlidir ki, onlar Avropanın təsirindən çıxıb, keçsinlər Rusiyanın təsir dairəsinə. Rusiya onlara silah və ərzaq verəcək, əvəzində yeraltı sərvətləri ucuz qiymətə alacaq.

Rusiya bu mübarizədə nə qədər uğurlu olacaq, demək çətindir. Bunu zaman göstərəcək. Ancaq tərəflər arasında gərginlik daha da artacaq”.

Səxavət Məmməd

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv