!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan”: Təqdimat mərasimi keçirildi - VİDEO

!Reklam – Yazi

26 may 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond,  Milli Azərbaycan Tarixi Muzeyi, “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu, VMF Holdinq və Danımarkanın məşhur “OBaku” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı açaraq qonaqları müstəqilliyimizin 105-ci ili münasibəti ilə təbrik edərək Azərbaycan milli dövlətçilik tarixinin əsasını qoymuş Cümhuriyyət dəyərlərinin bu gün də müasir Azərbaycan dövlətçiliyi üçün öz əhəmiyyətini saxladığını vurğuladı.

“Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun Təşkilat Komitəsinin rəhbəri, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi öz açılış nitqində bugünkü tədbirin yeni bir məzmunda keçirildiyinə diqqət çəkdi, müstəqilliyimizin bərpasından keçən son 32 ildə Cümhuriyyət tarixinin tədqiqi, bu mövzuda sənət əsərlərinin yaradılması sahəsində görülmüş işlərə ümumi nəzər salmaq,  Azərbaycan Cümhuriyyəti tarixi və onun əhəmiyyəti, Cümhuriyyət xadimlərinin xatirəsi ilə bağlı elm və sənət adamları qarşısında duran yeni vəzifələri müəyyən etmək məqsədi daşıdığını bildirdi.

Açılış mərasimində tədbirin təşkilatçlarından olan Çingiz Mustafayev adına Fond, VMF Holdinqin təsisçisi, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev çıxış edərək Danimarkanın “OBaku” saat  şirkəti ilə bu ildən başlayaraq iş birliyi yaratdıqları və bu əməkdaşlığın ilkin təcəssümü kimi  ”OBaku” brendinin müstəqilliyimizin 105-ci ildönümü münasibətilə xüsusi saat kolleksiyası istehsal etdiyini və  bugünkü tədbirdə mükafat qismində təqdim olunacağını bildirdi.

Bu təqdimatla bağlı Bakıya gəlmiş ”OBaku” şirkətinin direktoru Henriette Grasa Arvin də tədbirdə çox səmimi çıxış edərək Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycana bu ilk səfərindən, Azərbaycan xalqının,  elm, sənət adamlarının öz tarixinə bu qədər sevgi ilə yanaşmasından çox mütəəssir olduğunu və bu şərəfli insanları öz brend saatları ilə mükafatlandırmaqdan hədsiz fərəh keçirdiyini vurğuladı.

Prof. Solmaz Rüstəmova-Tohidi Henriette Grasa Arvinə Azərbaycan xalqı haqqında xoş sözlərə və azərbaycanlı alim və sənətkarlara təqdim olunan mükafatlara görə təşəkkür etdi, Cümhuriyyət dövründə Danimarkanın Azərbaycanda rəsmi nümayəndəliyi olduğunu, ilk səfir Erik Birinqin o dovrlər Bakının ictimai-iqtisadi həyatında çox fəal çalışdığını və bu əlaqələrin bundan sonra daha da davam edəcəyinə inamını bildirdi.

Mərasim “Bir heykəlin tarixçəsi” adı altında Xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hələ 1993-cü ildə hazırlanmış, şəhərin mərkəzində yeri təyin edilsə də, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsinin təqdimatı ilə davam etdi. Mərasimdə iştirak edən heykəltaraş Ömər Eldarov bu heykəlin taleyi ilə bağlı məsələyə aydınlıq gətirdi.

Daha sonra Cümhuriyyət tarixinin araşdırılmasına töhfə vermiş qurumların fəaliyyəti, bu mövzuda müxtəlif sahələrdə əsərlər yaratmış elm və sənət adamlarının əməyi qeyd edilməklə siferblatında Azərbaycanın xəritəsi göstərilən, “Azərbaycan-105. 1918-1923” yazıları olan və 105 ədəd istehsal edilən  “OBaku” brendinin xüsusi saat kolleksiyası ilə təltif olma mərasimi başladı.

Təltif edilənlər arasında ekspozisiyasında “Cümhuriyyət dövrü” güşəsi olan muzeylər, “Azərbaycan” qəzetinin latın qrafikasına transliterasiyasını həyata keçirən ADA Universiteti, “Cümhuriyyət biblioqrafiyasını” hazırlamış M.F.Axundov adına Milli Katabxana, Cümhuriyyət tarixinə dair son 10 ildə tədqiqatlarına görə tarixçilər, ədəbiyyatçılar, xarici alimlər, bu mövzuda heykəltaraşlıq, rəssamlıq, musiqi, teatr, sənədli filmlər, televiziya və radio verilişləri sahəsində əsərlərinə görə sənət adamları, jurnalistlər, eləcə də Cümhuriyyət mövzusunu tədris edən tarix müəllimləri var.

Mərasimdə akademik Rafael Hüseynov, tarixçi alim Firdovsiyə Əhmədova, rejissor Mehriban Ələkbərzadə, bəstəkar Sərdar Fərəcov və digər iştirakçılar çıxış etdilər.

Təltif olunanlara hədiyyələr əsasən danimarkalı qonaq Henriette Grasa Arvin, Ömər Eldarov, Nailə Vəlixanlı, Vahid Mustafayev, Solmaz Restəmova-Tohidi tərəfindən təqdim olundu.

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv