!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Duqin amerikalı jurnalistə görün, nələri AÇIQLADI: Onlar Qərbin gələcəyini proqnozlaşdırır

!Reklam – Yazi

Mühafizəkar filosof və qondarma “Rus dünyası”nın ideoloqu Aleksandr Duqin daha əvvəl Rusiya prezidenti Vladimir Putin və “Telegram”ın yaradıcısı Pavel Durovdan müsahibə alan məşhur amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistin saytında müsahibənin 20 dəqiqəlik videosu dərc olunub.

Müsahibənin təsvirində Aleksandr Duqin “Rusiyanın ən məşhur siyasi filosofu” kimi təsvir edilir, hətta onun təhlükəli ideyaları nəticəsində qızı Daria Duqina öldürülür və kitabları “Amazon”da qadağan edilir.

Qeyd edək ki, Taker Karlson filosofdan ingilisdilli ölkələrin “özünü dağıdıcı” davranışının səbəbləri və ABŞ-ın 2000-ci illərdən etibarən Rusiyanı özünün əsas düşməni kimi qəbul etməyə başladığı hallar barədə sual verib.

İkinci sualı cavablandıran Aleksandr Duqin deyib ki, buna səbəb Rusiya prezidenti Vladimir Putinin siyasətindədir.

“Onlar hiss etməyə başladılar ki, mütərəqqi gündəmlərini bölüşməyən və ənənəvi dəyərləri, dövlət suverenliyini, xristianlığı, ailəni dirçəltməyə kifayət qədər uğurla çalışan birinə ilişiblər”, – deyə o bildirib.

Duqin həmçinin qeyd edib ki, Amerika blokbasterləri Qərbin gələcəyini proqnozlaşdırır:
“Əgər siz “Matrisa” və ya “Terminator”a baxsanız, gələcəklə bağlı mövcud fikirlərlə çoxlu oxşarlıqlar görərsiniz”.

Rafi Müslümov

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv