Düşmən Azərbaycan hərbi maşınını atəşə tutdu – FOTO

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən Yenicag.az-a bildirilib ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.