Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Düşmən pilləkəninə düzülən Vətənsiz “daş”lar

Onlar Azərbaycan dövləti və xalqı ilə sonuncu körpünü də yandırdılar.

İşğalçı Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində başladığı və təqribən bir həftə davam etdirdiyi hərbi təxribat Azərbaycan cəmiyyəti üçün növbəti həmrəylik sınağı oldu. Sərhəd döyüşlərinin başladığı ilk gündən ordumuza dəstək məqsədilə Tovuz rayonuna axışan, həmçinin paytaxt Bakıda izdihamlı aksiya keçirən həmvətənlərimiz dönüş anlarında çiyin-çiyinə dayanaraq, düşmənə qarşı yumruq kimi birləşmək əzmini bütün dünyaya göstərdilər.

Cəmiyyətin heç bir təbəqəsi bu birlikdən kənarda qalmadı. Hətta ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti həmrəylik bəyanatı yayaraq, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tam dəstəklərini ifadə etdilər. Bütün bölgələrimizdə on minlərlə vətəndaşımız Səfərbərlik Xİdmətinin yerli şöbələrinə üz tutaraq, könüllü döyüşçülər kimi qeydiyyatdan keçdilər.

Eyni zamanda, müxtəlif xarici ölkələrdə məskunlaşan soydaşlarımız Vətəndən uzaqda olmalarına baxmayaraq, Ermənistanın təcavüzkar siyasətini lənətləmək və Ordumuzla birgəlik nümayişi üçün küçələrə axışdılar. Böyük Britaniya, Polşa, Almaniya, Fransa, ABŞ və daha neçə ölkədə yaşayan azərbaycanlılar zaman-zaman qabaran siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq, Azərbaycan adına bir araya gəldilər. Xaricdəki soydaşlarımızın mütəşəkkil və ən mədəni formada təşkil etdikləri kütləvi aksiyalar təbii ki, onların yaşadıqları ölkələrin ictimai rəyinə təsirsiz ötüşmür.

Həmvətənlərimizin Azərbaycandan kənarda belə mütəşəkkil və sivil qüvvə olaraq, Avropanın aparıcı ölkələrində və ABŞ-da diqqəti özünə cəlb etməsi əlbəttə ki, erməniləri narahat etməyə bilməzdi. Onlar öz əleyhinə işləyən bu gedişatı dayandırmaq məqsədilə xislətlərinə uyğun şəkildə təxribatlara əl ataraq, soydaşlarımıza qarşı əsl terror hücumları təşkil etməyə başladılar. Bu vəhşiliyin nəticəsində ABŞ-ın Los-Anceles və Belçikanın Brüssel şəhərlərində soydaşlarımız erməni vəhşiliyinin hədəfinə çevrildilər. Doğrudur, ermənilər bu müstəvidə də layiqli cavablarını aldılar. Amma…

Amma xarici ölkələrdə məskunlaşan soydaşlarımızın bu fədakarlığı fonunda “xaric notlarda oxuyan” bəzi “siyasi mühacir”lərin özümüzlə deyil, düşmənlə eyni səngərdə dayanmasının şahidi olduq. Nə qədər acınacaqlı olsa, atası ermənilərin terror aktı nəticəsində şəhid olan Sevinc Osmanqızı, yarıtmaz fəaliyyətinə görə diplomatik xidmətdən qovulan Arif Məmmədov və digərləri yenə də düşmən baltasına sap olmağı üstün tutdular. Əslində, onların çoxumuz bəlli olan mövqelərini nəzərə alsaq, bu gün düşmənlə eyni sırada qərarlaşmaları bizim üçün gözlənilməz deyil. Lakin onlar bu dəfə bütün hədləri o dərəcədə həyasızlıqla aşdılar ki, artıq hətta statistik baxımdan belə bu millətin bir fərdi olduqlarını demək haqlarını birdəfəlik itirdilər.

İstər Sevinc Osmanqızı, istərsə də Arif Məmmədov bütün dünyanın gördüyü həqiqətə o dərəcədə kor olublar ki, Avropada və ABŞ-da soydaşlarımıza qarşı tüğyan edən erməni vəhşiliyinin məsuliyyətini də Azərbaycan dövləti və xalqına yönəltməyə çalışırlar. Sözsüz, onların bu “fədakarlığı” yetərincə qiymətləndirilir və dəstək qazanır. Amma kimlər tərəfindən? Bunu müəyyənləşdirmək üçün Osmanqızı ilə Məmmədovun sosial şəbəkə hesablarında yayımladıqları antiAzərbaycan məzmunlu paylaşımlara nəzər salmaq bəs edir. Həmin paylaşımları “ürək”lə bəyənənlərin mütləq hissəsi məhz ermənilərdir. Niyə də bəyənməsinlər? Axı ermənilər kimi düşünən və danışan sözdə “düşmən mənsubları” onlar üçün ən arzuolunan müttəfiqdir.
Özlərini düşmən pilləkəninə daş kimi düzən erməni müttəfiqi…

Heç kim və heç nə unudulmayacaq!

“Yeni Çağ” Analitik Qrupu

Loading...

www.yenicag.az

1698
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100