!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Düşmənin diversiya qruplarının mövqelərimizin arxasına keçmək məqsədi də vardı” – Polkovnikin ŞƏRHİ

!Reklam – Yazi

“Məhz həmin planlar üzrə hərəkət edildiyi üçün və komandir heyəti ilə əsgərlərimizin öz vəzifələrini dəqiq bilmələri sayəsində o təxribatın qarşısı alındı”.

Bu fikirləri Ermənistanın son hərbi təxribatı fonunda sərhəd toqquşmaları ilə xüsusi əməliyyatların fərqli cəhətlərini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sərhədin bu və ya başqa hissəsində qəfil basqın qeydə alınarsa, öncədən hazırlanan əməliyyat planlarına uyğun hərəkət edilir:

“Əvvəla, bilmək lazımdır ki, istənilən dövlət öz sərhədlərini qorumaq üçün sabit planlar qurur. Konkret bir ərazi və istiqamət üzrə xüsusi əməliyyat planları isə bu kampaniyadan öncə hazırlanır. Bu zaman məqsəd və əldə edilməsi gözlənilən nəticələr, bütün başqa nüanslar diqqətlə nəzərə alınır.

Bildiyiniz kimi, hazırda Azərbaycanın, əsasən, Ermənistanla sərhədində Müdafiə Nazirliyi ilə Dövlət Sərhəd Xidmətinin qüvvələri birgə xidmət aparırlar və bütün sərhəd boyu əməliyyatlar əvvəldən tərtib olunub saxlanılır.

Yəni hər hansı bir bölmə ərazidə mövqe tutduğu andan oranın müdafiəsi üçün hər şeyin hesablandığı əməliyyat planları qurulur və məxfi hissəyə qoyulur. O baxımdan, sərhədin bu və ya başqa hissəsində qəfil basqın qeydə alınarsa, həmin planlar çıxarılır, onlara uyğun hərəkət edilir.

Əgər vurğuladığım hazır əməliyyat planları olmasaydı, bizim itkilərimiz daha çox ola bilərdi. Azərbaycan tərəfi deyəndə ki, düşmən təxribatının genişlənməsinə imkan verilməyib, burada sərhəddə yerləşdirilmiş qüvvələrimizin əməliyyat planları əsasında operativ şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilərək müdafiəni təmin etmələri nəzərdə tutulur.

Təsəvvür edin ki, bu təxribat çərçivəsində düşmənin diversiya qruplarının mövqelərimizin arxasına keçmək məqsədi də vardı. Ancaq məhz həmin planlar üzrə hərəkət edildiyi üçün və komandir heyəti ilə əsgərlərimizin öz vəzifələrini dəqiq bilmələri sayəsində o təxribatın qarşısı alındı, düşmənin layiqli cavabı verildi, onun atəş mövqeləri, həmçinin ərazidəki hərbi infrastrukturu darmadağın edildi”.

A.Zeynalov

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv